“Azərsu” “E-hökumət” portalına növbəti xidmətini təqdim edib
02.07.2015 [09:57]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə islahatları davam etdirir. Bu istiqamətdə aparılan işlər çərçivəsində birinci qrup, yəni əhali istehlakçılarının içməli su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədi ilə texniki şərtlərin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, adıçəkilən xidməti www.azersu.az və www.e-gov.az saytları üzərindən həyata keçirmək mümkündür. Texniki şərt əldə etmək üçün torpaqayırma və ya mülkiyyət hüququnu təsdiq edən sənədin surətinin elektron formada təqdim olunması kifayət edir. Şəxsiyyət vəsiqəsi barədə məlumatlar “Elektron hökumət” portalı üzərindən alındığından onun surətinə ehtiyac qalmır.
Müraciət formasında qeyd edilən bütün xanalar lazımi qaydada doldurulduqda, ekranda müraciətin qeydə alındığı barədə təsdiq pəncərəsi açılır. İmtina halları olmadıqda “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarında müəyyən olunmuş formada və müddətdə texniki şərt hazırlanır. Sənəd hazır olduqda elektron poçt və ya telefon vasitəsilə müraciət edən şəxsə məlumat verilir. Hazırlanmış texniki şərt “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təqdim olunduqdan sonra istehlakçının içməli su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması təmin edilir. İmtina halları olduqda səbəbi bildirilməklə istehlakçıya elektron poçt və ya telefon vasitəsilə məlumat veriləcək.
İkinci qrup, yəni qeyri-əhali qrupuna aid istehlakçıların texniki şərtlərin alınması üçün elektron formada müraciət etmələri təmin olunması istiqamətində işlər davam etdirilir.
“Azərsu” ASC-nin abonentləri yaxın zamanlarda daha bir elektron xidmətdən istifadə etmək imkanı qazanacaqlar. Belə ki, onlar içməli su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olub-olmaması barədə arayışı elektron formada əldə edə biləcəklər. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və xidmətin “Elektron hökumət” portalına inteqrasiyası da nəzərdə tutulur.
Hazırda Səhmdar Cəmiyyət tərəfindən “Elektron hökumət” layihəsi çərçivəsində “Borcun onlayn öyrənilməsi”, “Borcun onlayn ödənilməsi”, “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidmətlərinin göstərilməsi təmin edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, 2014-cü ildən başlayaraq “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətləri göstərilir. Bununla yanaşı abonentlərə “MilliÖn”, “E-manat”, “EasyPay” və “ExpressPay” ödəniş terminallarında ödəniş aparmaq imkanı yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

