Multikulturalizm Mərkəzində elmi konfrans keçirilib
23.05.2015 [09:41]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi və onun aktual problemləri” mövzusunda elmi konfrans keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun icraçı direktoru, professor Azad Məmmədov tədbirin UNESCO-nun “Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü”nə həsr edildiyini bildirib və ölkə siyasətinin prioritet istiqamətindən birini təşkil edən multikulturalizm barədə məlumat verib.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov “Mədəni müxtəlifliklərin tənzimlənməsində Azərbaycan Respublikasının təcrübəsi”, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oqtay Səmədov “Azərbaycan multikulturalizmi və Bilik Fondunun fəaliyyəti”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin elmi araşdırmalar və nəşr şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Həcər Verdiyeva “Alban kilsəsi-Azərbaycanın maddi-mənəvi irsidir”, Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri”, Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aytən Qəhrəman “Azərbaycan multikulturalizmi fənninin tədrisi problemləri”, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva “Dialoqun fəlsəfəsi və multikulturalizm” və Dövlət müşavirliyi xidmətinin aparıcı məsləhətçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Müasir Azərbaycanda multikultural şərait (dinlərarası dialoq)” mövzularında məruzə ediblər.
Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə ətraflı söhbət açılıb. Qeyd edilib ki, bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasında multikulturalizmin dövlət siyasəti kimi yürüdülməsi mühüm əhəmiyyət daşıyır və bu siyasətin ölkənin inkişafında, uğur əldə etməsində müstəsna rolu var. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Multikulturalizmin alternativi separatçılığa, terrora, islamofobiyaya və digər təhlükəli tendensiyalara şərait yaradır.
Konfransın sonunda məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

