Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
14.04.2015 [09:57]
Aprelin 11-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma marafonu” layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra Prezident İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirilib.
Çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov tədbirin əhəmiyyətindən danışıb. İDEA İctimai Birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva isə Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq kimi missiyası ilə Öz şəxsi nümunəsində hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın Prezident İlham Əliyev tərəfindən uğurla icra edildiyini bildirib. RİH başçısı vurğulayıb ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.
Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını deyən, birinci Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq “Bakı-2015” I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından, bəlkə də, bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğulayıb.
Sonra ağacəkmə aksiyasına start verilib, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib, onlara qulluq göstərilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

