Qəhrəmanlıq və mübarizlik örnəyi
10.02.2015 [09:49]
Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
Xalqımızın keçmişi də, bu günü də qəhrəmanlıq nümunələri ilə zəngindir. Oxuduqca, araşdırdıqca insan millətimizin övladlarının əzminə, Vətən sevgisinə heyran qalmaya bilmir. Hər zaman hər bir Azərbaycan övladı Vətənini yağı düşmənlərdən qorumaq üçün can atır, heç nədən çəkinmədən, igidliklə Bayrağını köksünə sıxır, qanı torpağa axsa da, onu yerə düşməyə qoymur. Bu qəhrəmanlardan biri də Mübariz İbrahimovdur. Bu günlərdə xalqımız onun doğum gününü qeyd etdi.
Mübariz İbrahimov 7 fevral 1988-ci il tarixində Biləsuvar rayonunda doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2005-ci ildə orada orta təhsilini başa vurub. O, hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. 2007-ci ildə tərxis olduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqustunda isə bu dəfə gizir kimi Vətənə xidmətə yola düşüb. Heç şübhəsiz ki, hər bir gənc kimi Mübarizin də arzuları, xəyalları var idi. Ailə qurmaq, ev-eşik sahibi olmaq, dinclik içində yaşamaq bunlardan bəlkə də bir neçəsi idi. Lakin Mübariz üçün Vətən eşqi bütün arzulardan daha şirin, daha ali və müqəddəs idi! İşğal altında olan Vətən torpağını erməni yağılarından azad etmək üçün o, hər şeyini, hətta canını belə qurban verməyə hazır idi. Mübariz belə düşünürdü. Təkcə düşünmür, bunun üçün daim düşmənlə döyüşə can atırdı.
Beləliklə, bu igid Vətən oğlu Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub.
Mübariz bu qeyri-bərabər döyüşdə böyük şücaət göstərdiyinə görə ermənilər onun cənazəsini belə vermək istəmirdilər. Şəhid olduğu yerdə cəsədinin əllərini bağlayacaq qədər düşmənlərini qorxuya salmışdı qəhrəman Mübariz.
Mübarizin şücaəti haqqında eşidən hər kəs axın-axın şəhidin evinə, ailəsinə baş çəkməyə gedirdi. Və bu gün də gənclər həmin evdə Vətənə sədaqət andı içir, bir an belə olsun Vətən torpaqlarının azadlığı üçün mübarizədən geri durmayacaqlarını bəyan edirlər. Onun atasına, anasına yazdığı məktubda əksini tapan aşağıdakı fikirlər neçə-neçə əsgərin cib dəftərçəsinə qeyd olunur: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, Cənnətdə görüşəcəyik”.
Azərbaycan dövləti hər zaman torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün qorunması uğrunda çarpışan, canından keçən qəhrəmanlarını yüksək qiymətləndirir. Bu dəfə də belə oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində 6 noyabr 2010-cu ildə şəhidlərimiz - gizir Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun nəşi erməni tərəfindən təhvil alındı. Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Dövlətimizin başçısının digər Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
Onun və onun kimi qəhrəman Vətən övladlarının xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaqdır.
Oktay
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

