ADİU-da 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib
20.01.2015 [09:35]
20 yanvar faciəsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bütün tədris binalarında silsilə tədbirlər keçirilib. Universitetdə quraşdırılan monitorlarda 20 Yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş olunub, ADİU-nun “İqtisadçı” qəzetinin 20 Yanvar hadisələrinə həsr olunan xüsusi sayı çapdan çıxıb.
Yanvarın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Mərasim iştirakçıları ali təhsil ocağında şəhid-tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, 20 Yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb. Rektor qeyd edib ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiyməti 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev verib. O, öz həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, M.Qorbaçov hakimiyyətinin törətdiyi cinayəti ifşa edib və kəskin etirazını bildirib. Ümummilli lider Heydər Əliyev bəyanatda xalqımıza qarşı törədilən qanlı cinayətin məsuliyyətinin o dövrkü SSRİ və Azərbaycan rəhbərlərinin üzərinə düşdüyünü bildirib və bütün azərbaycanlıları həmrəyliyə çağırıb. Az sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı ildə yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verib.
Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı çıxışında bildirib ki, 20 Yanvar hadisələri, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklikdir.
Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov isə çıxış edərək, 20 Yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh edib. Azadlıq mübarizəsinin şanlı səhifəsi kimi xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsinin heç bir zaman unudulmayacağını deyib. Bildirib ki, 20 Yanvar şəhidləri Azərbaycan xalqının yaddaşında azadlıq mücahidləri kimi daim yaşayacaq, xatirələri dərin ehtiramla yad ediləcək.
Sonra ADİU-nun şəhid-tələbələri Əbülhəsənov İlqarın qardaşı Yavər Əbülhəsənov, Əzizov Habilin anası Zinayə Əzizova çıxış edərək şəhidlərin keçdiyi həyat yolundan danışıblar. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğı və diqqəti yüksək qiymətləndiriblər.
Tədbir 20 Yanvar hadisələrini əks etdirən videofilmin nümayişi ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

