Dövlət Neft Şirkəti “Gənc jurnalistlərin SOCAR qış məktəbi” layihəsinin icrasına başlayır
14.01.2015 [09:39]
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Gənc jurnalistlərin SOCAR qış məktəbi” layihəsinə start verir.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, layihə ilk dəfədir keçirilir və neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan mediasında enerji mövzularının işıqlandırılması sahəsində keyfiyyətin yüksəlməsinə, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri barədə biliklərini artırmalarına yardım göstərməkdən, SOCAR-ın fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ibarətdir.
Layihə müddətində Azərbaycanın XXI əsrin qlobal və regional enerji layihələrinin işlənilməsi və icra olunmasında rolu, ölkənin milli enerji strategiyası və sosial-iqtisadi yüksəlişi, beynəlxalq enerji bazarlarında müasir vəziyyət və etibarlı neft-qaz ixracatçısı kimi SOCAR-ın perspektivləri, neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası, neft-qaz sənayesinin inkişaf tendensiyaları və onun mediada işıqlandırılması və sair istiqamətlər üzrə iştirakçılara dolğun informasiyalar çatdırılacaq, şərəfli ənənələrə malik neft sənayemizdə son illər qazanılan əhəmiyyətli nailiyyətlər barədə onlara ətraflı məlumat veriləcək.
“Gənc jurnalistlərin SOCAR qış məktəbi”ndə Dövlət Neft Şirkətinin rəhbərliyinin nümayəndələri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, nüfuzlu mütəxəssis və ekspertlərlə görüşləri keçiriləcək. KİV nümayəndələri, həmçinin, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq, istehsalat müəssisələrinə ekskursiyalara getmək və əyləncəli oyun və viktorinalarda iştirak imkanı əldə edəcəklər.
Layihə fevral ayında Bakıda və Balakən rayonunda, ümumilikdə 10 gün müddətində təşkil olunacaq. Layihədə yaşı 30-dək olan və 2014-cü ildə iqtisadiyyat mövzusunda materialları (yazılar, audio-foto və video materiallar) yayımlanmış KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihədə iştirak etmək üçün nümayəndə verəcək KİV-lərin seçimində media orqanlarının ictimai rəyə təsir gücü, dövriliyi, tirajlarının yüksəklik dərəcəsi, peşə prinsiplərinə riayət etmə göstəricisi əsas götürülür. Seçilmiş KİV-lərin rəhbərləri öz namizədlərinin adını layihə çərçivəsində hazırlanmış blanka uyğun doldurmalı və rəsmi şəkildə təsdiqləyərək yanvar ayının son iş gününədək Mətbuat Şurasına təqdim etməlidirlər.
“Gənc jurnalistlərin SOCAR qış məktəbi”nin fəaliyyət müddətində iştirakçılar bu məqsədlə Bakıda və Balakəndə seçilmiş otellərdə yaşayacaq. Onların təlimlər keçməsi və istirahəti üçün bütün imkanlar yaradılacaq. Məktəbin fəaliyyət proqramına və daxili nizam-intizam qaydalarına əməl olunması şərtdir.
Layihənin yekunu olaraq iştirakçılar arasında yaradıcılıq müsabiqəsi keçiriləcək və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

