ADİU ilə Türk Akademiyası arasında anlaşma memorandumu imzalanıb
20.12.2014 [12:25]
Dekabrın 19-da Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub. ADİU-nun rektoru, professor Ədalət Muradov qonağı salamlayaraq universitetin professor-müəllim və tələbə heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, Akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.
Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib. Ortaq dəyərlərdən, tarix və mədəniyyətdən danışan D.Kıdırali gələcəkdə türk dünyası iqtisadi araşdırmalar mərkəzinin yaradılmasını arzu etdiyini vurğulayıb.
Qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin suallarını cavablandırıb.
Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, prof. Darhan Kıdırali 1974-cü ildə Cənubi Qazaxıstanda doğulub. Mərmərə Universitetində bakalavr, Ege Universitetində magistr, İstanbul Universitetində tarix üzrə fəlsəfə doktoru, Lev Qumilyev adına Avrasiya Milli Universitetində isə elmlər doktoru dərəcəsi alıb. Lev Qumilyev adına Avrasiya Milli Universiteti, İstanbul Memar Sinan Universitetinin professoru, Çingiz Aytmatov Akademiyasının isə akademikidir. Müxtəlif illərdə Ahmet Yesevi Universitetində kafedra müdiri və baş katib, Astanada Prezident Mədəniyyət Mərkəzinin direktor müavini, Qazaxıstan təhsil və elm nazirinin müşaviri, Qazaxıstan Prezident Administrasiyasında ekspert və sektor müdiri, Qazaxıstan Prezidentinin mətbuat katibinin müavini, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası katibinin müavini vəzifələrində çalışıb. 4 aprel 2014-cü ildən Türk Akademiyasının prezidentidir.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

