Gənclər Fondunun layihələri gənclərin fəaliyyətinin stimullaşdırılmasına yönəlib
19.12.2014 [09:36]
Vüsal Babayev: Bir gənc kimi hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını öz üzərimdə hiss edirəm
Müstəqil Azərbaycan Respublikasının daxili siyasi kursunun mühüm istiqamətlərindən birini də gənclər siyasəti təşkil edir. Gəncliyin inkişafına böyük əhəmiyyət verən dövlətimiz gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Görülən effektiv tədbirlərin, göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir ki, hazırda idarəetmə strukturlarında, o cümlədən, Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
Məhz bunların nəticəsidir ki, özünün inkişaf dövrünü yaşayan Azərbaycan gəncliyi cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edir, milli dəyərlərə və maraqlara müvafiq səmərəli fəaliyyət göstərir. Bütün bunlar, eyni zamanda, gənclər təşkilatlarının fəaliyyətinə xüsusi stimul və töhfələr verir. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərin intellektual potensialından istifadə olunması, onların elmi-intellektual və digər sahələrdə fəallığının artırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Ölkəmizdə yüzlərlə gənc, gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edirlər. Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Gənclər Fondu dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin layiqli və intellektual vətəndaş kimi yetişməsi üçün bir sıra maraqlı layihələrin həyata keçirilməsinə dəstək verir.
Həmsöhbətimiz Vüsal Babayevin layihəsi də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənib. O, bizimlə söhbəti zamanı bildirib ki, bir gənc kimi hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını öz üzərində hiss edib. Ölkəmizdə intellektual gənclərə öz potensiallarını ortaya çıxarmaq üçün hər cür şərait yaradılır: “Belə ki, mən də 3 ay müddətinə fərdi şəxs qismində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Astara rayon Təhsil şöbəsinin təşkilati dəstəyi ilə Astara rayonunda “Yeniyetmə məktəblilər arasında vətənpərvərlik ideyalarının təbliği” layihəsini həyata keçirmişəm. Layihəni həyata keçirməkdə əsas məqsədim məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və gələcəkdə onların bu ideyaları digərlərinə təbliği ilə məşğul olmasını təmin etməkdən ibarət idi. Layihə çərçivəsində Astara rayonunda 7 orta məktəbdə və Astara Pedaqoji Kollecində 14-18 yaş arası yeniyetmə və gənclər arasında təşkil olunan vətənpərvərlik mövzusunda inşa müsabiqəsinin nəticəsi olaraq hər məktəbdən ən uğurlu 5 müsabiqə iştirakçısını müəyyən etdik. 29 noyabr 2014-cü il tarixində Astara şəhər 1, 2, 3, 4 saylı tam orta məktəblərindən, 30 noyabr 2014-cü il tarixində isə rayonun Təngərüd, Pensər, Tüləguvan kənd tam orta məktəblərindən və Astara Pedaqoji Kollecindən müəyyən edilmiş 35 nəfərdən çox müsabiqə iştirakçıları üçün rayon ərazisində yerləşən Heydər Əliyev Mərkəzinə, Astara Tarix Diyarşünaslıq Muzeyinə, Lənkəran rayonundakı Xocalı və 20 yanvar soyqırımı qurbanlarının xatirə parkına, Həzi Aslanov abidəsi və parkına, Həzi Aslanovun Ev Muzeyinə, Heydər Əliyev Parkına, Dairəvi qalaya ekskursiya təşkil etdik. Getdiyimiz obyektlərin hər birində məktəblilərə geniş məlumatlar verildi, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani nümunələr göstərildi. Düşünürəm ki, belə layihələr tez-tez həyata keçirilməlidir”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

