Süleyman Dəmirəl Muzeyi
30.10.2014 [09:58]
Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin adını daşıyan Demokratiya və Tərəqqi Muzeyi, nəhayət ki, fəaliyyətə başlayır. Dünyaya gəldiyi İspartanın İslamköy səmtində qardaşı Şövkət Dəmirəlin israrlı cidd-cəhdləri, yorulmaq bilməyən çalışmaları və böyük zəhməti bahasına, nəhayət ki, tikilib-qurulan, içində camisi, kitabxanası, ata evi, çeşməsi, toplantı salonu, böyük yaşıllığı olan muzey oktyabrın 26-da qapılarını nəinki Türkiyənin, Şərqin, bütövlükdə dünyanın böyük siyasət adamları sırasında yeri olan əfsanə dövlət adamını tanıyanların, sevənlərin və əməyinə qiymət verənlərin üzünə açdı.
Çağdaş Ankaranın qurucusu olan Böyük Atatürk və ikinci cümhurbaşkanımız İsmət İnönü cümlə türklərin müqəddəs ziyarət yeri olan Anıtqəbirdə uyuyurlar. Atatürkün muzeyi Anıtqəbirdə, İsmət İnönünün xatirələrisə Pəmbə Köşkdədir. Üçüncü cümhurbaşkanımız Cəlal Bayar doğulduğu Umurbəy köyündə, bütün qurmuş olduğu və bütün varlığını bağışladığı muzeyin bağçasında dəfn edilmişdir.
Daha sonra hakimiyyətə gəlmiş, Türkiyə üçün canını və bacarığını əsirgəməyərək əbədiyyətə qovuşmuş Camal Gürsəl, Cevdət Sunay, Fəhri Korutürk, Turqut Özal kimi şəxsiyyətlərin günümüzdə hər hansı bir muzeyi, yaxud xatirəsini andıra biləcək bir məkanı yoxdur. Kənan Evrən, Əhməd Necdət Sezər və Abdullah Gülün, Allah uzun ömürlər versin, həyatda olduqları səbəbilə bu mövzuda hər hansı bir iş görüb-görmədiklərindənsə xəbərim yoxdur.
Süleyman Dəmirələ gəlincə, o, bir zərgər dəqiqliyi ilə həyatının hər gününün, az qala hər bir anının fotosunu çəkmiş, bağışlanan hər bir hədiyyəni, təqdim edilən hər bir xatirə əşyasını məhəbbətlə qorumuş, məşhur şapkalarından tutmuş ayrı-ayrı rəssamların çəkdikləri dostluq şarjlarına, müəllifi olduğu kitablardan yazdığı məktublaradək hamısını məxsusi bir səliqə ilə mühafizə edərək doğma İspartanın İslamköyünə daşımışdır.
Müxtəlif vaxtlarda xanımımla birlikdə üç dəfə ziyarət etdiyim və dəvətnamədə “Külliyə” deyə adlandırılmasına rəğmən gerçəkdə çağdaş bir muzey olan bu kompleks, hesab edirəm ki, Dəmirəl ailəsinin füsunkar bir təbiət gözəlliyinə malik ana torpağına bir şükranlıq hədiyyəsidir.
Bitkin və maraqlı memarlıq həllinə malik muzey gələcəkdə bu ölkənin övladlarına keçib gəldikləri dövlətçilik və mübarizə tarixinin yol xəritəsini çəkə biləcək zəngin bir kitabxanaya malikdir. Bu kitabxananın İslamköy üçün bir ayrı əhəmiyyəti vardır. Belə ki, İspartada təhsil alan gənclər bu muzeyin konfrans salonunda keçiriləcək ən müxtəlif tədbirlərdə cümhuriyyət tariximizin son 50 ilinin canlı xatirələri ilə tanış ola biləcəklər.
Bu möhtəşəm Külliyənin camisində beş dəfə oxunan azan, qılınan namaz və tərənnüm edilən dualar İslamköyün adına yaraşan bir tolerantlıq coğrafiyasının təşəkkülünə töhfəsini verəcəkdir.
Çeşməsindən su içənin şükrü, ormanında sərinləyən insanların hüzuru da Külliyəyə bir ayrı ruh verəcəkdir.
İnanıram ki, millətə son 50 ildə demokratiyanın yol xəritəsini çəkən Süleyman Dəmirəl bu əsəri ilə bir dövlət adamının cəmiyyət, ölkə və türk vətəndaşı qarşısındakı çağdaş məsuliyyətini də beləcə paylaşmış oldu.
Onu da deyim ki, İslamköy Süleyman Dəmirəl üçün çox önəmlidir. Bu torpaqlarda ona uzun illər “Yəhya əminin oğlu” deyə müraciət etmişlər. O, İslamköydə ailədən biri deyil, sadəcə, “ailənin çocuğu”dur.
Doğulduğu torpaqların suya həsrətini bildiyi üçün dağdan-daşdan kəndinə su çəkdirmişdir. Su bəndlərinin, hövzələrinin daşına, qayasına yazılmış və açması “Dövlət Su İşləri” mənasını verən “DSİ” abreviaturasını bu bölgədə illərdir “Dəmirəl Süleymanın İşləri” kimi yorumlayırlar.
Doğulduğu torpaqlara su, işıq çəkən, ağac əkən, iş yeri açan, çörək verən, demokratiya gətirən Yəhya əminin böyük oğluna qardaşı bu Külliyə ilə bu torpağın və burada yaşayan insanların sonsuz vəfa borcunu ifadə etməyə çalışmışdır.
Yazımı günün anlamına uyğun bir Süleyman Dəmirəl məsəli ilə tamamlamaq istəyirəm. 1986-cı ildə üzərindən siyasətlə məşğul olmaq qadağası götürüldükdən sonra Süleyman Dəmirəl İspartada mitinq meydanında tədbir keçirilməsinə icazə verilmədiyini görüb, “Qorunmalı olan meydanlar deyildir, demokratik cümhuriyyətdir” demişdi.
1986-dan 2014-ə nə dəyişdi?
Prof. Akkan Suver
Mərmərə Qrupu Vəqfinin sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

