“Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər”
28.10.2014 [09:37]
Azərbaycan Mətbuat Şurası bu mövzuda Gəncədə “dəyirmi masa” keçirib
Gəncədə “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində baş tutmuş tədbirdə Gəncə ilə yanaşı, ətraf bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.
Toplantını giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov açaraq şəhərdə fəaliyyət göstərən media orqanları ilə bağlı məlumat verib. Şuranın gerçəkləşdirdiyi layihənin əhəmiyyətinə toxunan H.Məmmədov ana dilinin qorunması işində bütövlükdə cəmiyyətin mütəşəkkillik göstərməsinin vacibliyini əsaslandırıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirir. Şura müxtəlif illərdə mövcud istiqamətdə təşəbbüslər reallaşdırıb. Bu baxımdan mətbuat orqanlarının monitorinqi mühüm əhəmiyyət daşımaqdadır. “Monitorinq Mətbuat Şurasının müvafiq təlimatına əsasən aparılır. Burada leksik, qrammatik, üslub pozuntularına diqqət yetirilir. Eyni zamanda, müxtəlif maarifləndirici tədbirlərlə medianın dil məsələlərinə önəm verməsinin vacibliyi diqqətə çatdırılır. Hazırkı layihə fəaliyyətimizi daha da intensivləşdirmək baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, layihə Azərbaycan dövlətinin dil məsələlərinə həssas münasibətinin göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib. Proqram məsələyə fundamental yanaşma baxımından son dərəcə faydalıdır. Orada Azərbaycan Mətbuat Şurasının üzərinə də icra məsuliyyəti düşür. Buna görə də qurum həm monitorinqlərini davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir”.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında layihənin əhəmiyyətinə diqqəti yönəldərək ana dilinin qorunması ilə bağlı proseslərin daim nəzarətdə saxlanılmasının zəruriliyini vurğulayıb. Xüsusən də yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən V.Rəhimzadə bildirib ki, belə hallara münasibətdə ictimai qınaq tədbirləri artırılmalıdır. Baş redaktor, eyni zamanda, vurğulayıb ki, bu sayaq toplantılarda KİV nümayəndələri tərəfindən səslənmiş təkliflər Milli Məclisin müvafiq komitəsinə təqdim edilməlidir.
MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov çıxışında mediada ana dilindən istifadə ilə bağlı bir sıra xarakterik pozuntu hallarına diqqət çəkib.
Tədbirdə çıxış edən “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Yevlaxda nəşr olunan “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, “İnteraz” TV-nin bölgə müxbiri Qalib Rəhimli və başqaları ana dilindən istifadə sahəsindəki pozuntulara qarşı cəmiyyətin yekdil reaksiyasını formalaşdırmağa ehtiyac duyulduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

