/ / Qubadlı rayonunun ictimaiyyəti 1992-ci ilin 6 avqustunda ölməzlik zirvəsinə yüksəlmiş 12 şəhidin anım mərasimini keçirib
Qubadlı rayonunun ictimaiyyəti 1992-ci ilin 6 avqustunda ölməzlik zirvəsinə yüksəlmiş 12 şəhidin anım mərasimini keçirib
07.08.2014 [09:48]
Dünən Qubadlı rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Şəfa sanatoriyasının mərasim evində rayonun 6 avqust 1992-ci il tarixində ölməzlik zirvəsinə yüksəlmiş 12 nəfər şəhidinin anım mərasimi keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin (RİH) başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmanverdi İsmayılov, Qubadlı RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, respublikanın digər dövlət orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər. Tədbirdən öncə şəhidlərin məzarları ziyarət edilib, gül dəstələri qoyulub, Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edən videomaterial nümayiş etdirilib.
Anım mərasimində çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirib ki, Qubadlı rayonu 5 ilə yaxın Ermənistan təcavüzkarlarına qarşı mərdliklə mübarizə aparıb. Bu mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxını ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çoxu itgin düşüb. Şəhidlərdən 8-i Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunublar.
Vurğulanıb ki, torpaqlarımızın müdafiəsi zamanı rayonun Qaracallı kənd ərazi nümayəndəliyinin sakinləri də fədakarlıq nümayiş etdiriblər. Təkcə bir döyüşdə -1992-ci ilin avqust ayının 6-da Laçın rayonunun Qızartı və Susuzdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə şəhid olan 12 nəfərdən 9 nəfəri bu nümayəndəliyin sakinidir. Həmin şəhidlərin 8-i bir kənddən-Qarağaclı kəndindəndir. Bu döyüşlərdə şəhid olanların 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.İsaqov bildirib ki, şəhid ailələrinə qayğı hər zaman dövlətimizin və Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən digər şəxslər, o cümlədən, şəhidlərin ailə üzvləri vətənpərvərliyin gücləndirilməsi yönündə belə tədbirlərin təşkilini vacib sayıblar. Bundan başqa, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılıqlarını ifadə ediblər.
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31

