Ölkədə uğurlu gənclər siyasəti və Dövlət proqramları həyata keçirilir
25.07.2014 [10:04]
Şahin Seyidzadə: ARGTMŞ da bu uğurlu siyasətə dəstək verərək, vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasına çalışır
Dünən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) ötən altı ayın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən ARGTMŞ sədri Şahin Seyidzadə təşkilatın bəhs edilən dövr ərzindəki fəaliyyətindən söhbət açıb.
O, qeyd edib ki, ölkədə uğurlu gənclər siyasəti və Dövlət proqramları həyata keçirilir: “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası da bu uğurlu siyasətə dəstək verərək, vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasına çalışır. Əsas hədəflərə çatmaq, gənclərin bilik və bacarıqlarını artırmaq, gənclər təşkilatlarının inkişafına nail olmaq üçün 2013-cü ildə üç prioritet istiqaməti əhatə edən gənclər strategiyası (“3G”) qəbul edilib”.
O, həmin istiqamətlər barədə məlumat verərək bildirib ki, gənclər siyasətinə dəstək həmin prioritetlərdən birincisidir. Buraya ölkənin ictimai-siyasi həyatında, gəncliklə bağlı proqramların icrasında gənclərin fəal iştirakının təmin edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi daxildir.
Əməkdaşlıq imkanlarının artırılmasının ikinci istiqamət olduğunu bildirən Ş.Seyidzadə deyib ki, həyata keçirilən layihə və proqramlar çərçivəsində gənclərin milli, regional və beynəlxalq səviyyədə əməkdaşlığının təmin olunması əsas hədəflərdəndir: “3G” strategiyasının növbəti, üçüncü xətti isə gənclər təşkilatları institutunun gücləndirilməsidir. Bu məqsədlərə nail olmaq üçün ötən altı ayda bir sıra layihələr həyata keçirilib. Belə ki, Azərbaycanda Avropa İttifaqının “Youth in Action” (“Gənclər fəaliyyətdə”) proqramı çərçivəsində növbəti layihə reallaşdırılıb, gənclərin “QHT-lərin İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində qış sessiyası təşkil edilib, könüllülər üçün yeni proqramlar təqdim olunub. Eyni zamanda, qurumun www.nayora.az saytı fəaliyyətə başlayıb”.
Respublikada 260-a yaxın gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayan Ş.Seyidzadə onlardan 111-nin ARGTMŞ-nin üzvü olduğunu bildirib.
O da vurğulanıb ki, beynəlxalq əlaqələrini gücləndirən ARGTMŞ Avropa Gənclər Forumunun, BMT-nin İqtisadi və Sosial Şurasının üzvü, bu ilin aprelindən isə BMT-nin rəsmi tərəfdaşıdır. Eyni zamanda, qurumun Dünya Gənclər Assambleyasına namizədliyi də irəli sürülüb.
“Azərbaycan yaxın gələcəkdə gənclərlə bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcək”, - deyən Ş.Seyidzadənin sözlərinə görə, avqustun sonunda Bakıda Avropa Gənclər Forumunun İdarə Heyətinin növbəti iclası keçiriləcək: “Avropa Gənclər Forumunun gələn ilin payızında “Avropa gənclər paytaxtı” seçilən Gəncədə keçirilməsi barədə qərar da əlamətdar hadisələrdən biridir. Avropa Şurasının Gənclər Forumu isə oktyabrın 1-5-də Qəbələdə təşkil olunacaq. Forumda 47 ölkədən çoxsaylı nümayəndələrin iştirakı gözlənilir. 41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun 2017-ci ildə Azərbaycanda keçirilməsi də əsas hədəflərimizdən biridir”.
Sonra jurnalistlərin sualları cavablandırılıb. ARGTMŞ-nin fəaliyyətini işıqlandıran media qurumlarına fəxri fərmanlar təqdim olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22

