/ / Dövlət İdarəçilik Akademiyası Gəncədə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirib
Dövlət İdarəçilik Akademiyası Gəncədə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirib
07.06.2014 [10:54]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Gəncədə 30 rayonun İcra Hakimiyyəti başçıları müavinlərinin iştirakı ilə “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirib.
AzərTAc xəbər verir ki, tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq seminarın əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində” mövzusunda məruzə ilə çıxış edib. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin bəzi aspektlərini, eləcə də davamlı inkişafa təsir edən amilləri müqayisəli şəkildə seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA-nın Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev Azərbaycanda, eləcə də Gəncədə elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışaraq dövlətimizin başçısının müvafiq sərəncamları ilə AMEA-nın Gəncə filialının bölməyə çevrilməsini, 7 elmi-tədqiqat institutunun yaradılmasını bu sahədə atılan uğurlu addım kimi qiymətləndirib. Hazırda dövlətimizin başçısının diqqət və qayğısı ilə Gəncədə yaradılan texnoparklar üçün kadr hazırlığına ciddi diqqət yetirildiyini bildirən natiq şəhərdə bu istiqamətdə aparılan digər işlərdən də danışıb.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik”, DİA-nın elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında məruzələri dinlənilərək müzakirə edilib.
Bir günlük seminarda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

