AMEA-nın geniş tərkibdə iclasında yeni istifadəyə verilmiş Mərkəzi Kitabxananın təqdimatı olub
15.05.2014 [09:01]
Mayın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni istifadəyə verilmiş Mərkəzi Kitabxanasında AMEA-nın rəyasət heyətinin geniş tərkibdə iclası keçirilib.
Tədbirdə, həmçinin akademiyanın üzvləri və iştirakçılar üçün AMEA Mərkəzi Kitabxanasının təqdimatı da olub.
AzərTAc xəbər verir ki, iclasda AMEA-nın institutlarının, elmi-tədqiqat müəssisələrinin, regional bölmələrinin rəhbərləri, akademiyanın üzvləri, alimlər, mütəxəssislər, ziyalılar iştirak ediblər.
İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tədbirin əhəmiyyətindən danışıb, yeni istifadəyə verilmiş Mərkəzi Kitabxana haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, Mərkəzi Kitabxananın yeni binası Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən inşa edilib.
Akif Əlizadə bu ilin mayın 5-də Prezident İlham Əliyevin iştirakı ilə Mərkəzi Kitabxananın yeni binasının açılışını Azərbaycanın elmi ictimaiyyəti üçün dəyərli töhfə kimi qiymətləndirib. Bu mühüm tarixi hadisəni Azərbaycan elminin inkişafına və alimlərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi adlandıran AMEA rəhbəri dövlətimizin başçısına minnətdarlığını bildirib.
Akif Əlizadə qeyd edib ki, “Akademiya şəhərciyi”ndə tikilmiş yeni binanın ümumi sahəsi 25 min kvadratmetrdən çoxdur. Bu dəyərli elm ocağı respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan ən iri, universal təmayüllü, aparıcı elmi kitabxanadır.
Tədbirdə AMEA Mərkəzi Kitabxanası Mərkəzi İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova Mərkəzi Kitabxana haqqında təqdimatla çıxış edib. O, iştirakçılara ətraflı məlumat verərək bildirib ki, Mərkəzi Kitabxananın yeni binası dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli Sərəncamına əsasən, kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədilə inşa edilib. Diqqətə çatdırılıb ki, kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu var.
İclasda akademik Akif Əlizadə AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili və Azərbaycan alimlərinin I qurultayının keçirilməsi və digər məsələlər haqqında söhbət açıb, tapşırıq və tövsiyələrini verib.
Bildirilib ki, cari ilin iyunun sonunda akademiyaya üzvlərin seçilməsi ilə bağlı keçiriləcək seçkilərdə AMEA-ya 50-dən artıq üzvün seçilməsi nəzərdə tutulub, bu ilin dekabrında Azərbaycan alimlərinin I qurultayının keçirilməsi planlaşdırılıb.
Nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili haqqında söz açan AMEA-nın prezidenti alim və mütəxəssislərimizin bahalı cihaz və avadanlıqlardan birgə istifadə etməsinin və birgə elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətini xüsusilə vurğulayıb.
Sonra tədbir iştirakçıları Mərkəzi Kitabxananın binası ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

