/ / Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək
Mingəçevir Dövlət Universiteti turizm mütəxəssislərinin hazırlanması istiqamətində fəaliyyətini genişləndirəcək
21.08.2026 [16:58]
Prezident İlham Əliyevin 2026-cı il 20 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə turizm sektorunun inkişafında yeni strateji mərhələnin əsasını qoyur. Dövlət Proqramı turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsini, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsini, regionların rəqabət qabiliyyətinin artırılmasını və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsini əsas məqsədlər sırasında müəyyən edir. Bu sənəd turizm sektoruna yalnız səfərlərin və turist sayının artırılması prizmasından yanaşmır, burada regionların inkişafı, insan kapitalı, elm və təhsil, rəqəmsallaşma, innovasiya, investisiya, nəqliyyat, xidmət keyfiyyəti və yerli icmaların iqtisadi proseslərə inteqrasiyası vahid turizm ekosisteminin tərkib hissələri kimi nəzərdən keçirilir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, məhz bu yanaşma regional universitetlərin, xüsusilə turizm istiqamətində kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin qarşısında yeni fəaliyyət imkanları açır. MDU bu prosesə hazır institusional və akademik baza ilə daxil olur. Hazırda universitetdə turizm istiqamətində həm bakalavriat, həm də magistratura səviyyəsində kadr hazırlığı həyata keçirilir. 2026/2027-ci tədris ilindən isə universitet tarixində ilk dəfə bakalavriat səviyyəsində “Turizm işinin təşkili” ixtisası üzrə ingilis dilində tələbə qəbulu nəzərdə tutulub. Ali təhsil müəssisəsində turizm istiqamətinin növbəti inkişaf mərhələsi yalnız tələbə qəbulunun genişləndirilməsi ilə məhdudlaşmır. Türkiyənin tərəfdaş universitetlərinin akademik və metodiki dəstəyi ilə MDU-da yeni Turizm kafedrasının yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində MDU-da turizm istiqaməti üzrə doktorantların hazırlanması, birgə elmi rəhbərlik mexanizmlərinin formalaşdırılması, ortaq tədqiqatların aparılması və elmi məktəbin yaradılması perspektivləri nəzərdən keçirilir. Bu istiqamətdə nəzərdə tutulan mühüm addımlardan biri də Türkiyənin Dokuz Eylül Universitetindən turizm sahəsi üzrə professorun MDU-nun akademik fəaliyyətinə cəlb edilməsidir.
Anar Eminovun sözlərinə görə, Dövlət Proqramının insan resurslarının inkişafına xüsusi yer ayırması bu baxımdan MDU üçün mühüm strateji imkan yaradır. Mingəçevir Dövlət Universiteti turizm şirkətləri, hotellər, yerləşmə obyektləri, restoran biznesi, tədbir təşkilatçıları, yerli sahibkarlar və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirərək tələbələrin təcrübə proqramlarını daha sistemli şəkildə təşkil edə, sektor nümayəndələrini tədris prosesinə cəlb edə və bir sıra fənlərin praktiki komponentlərini birbaşa müəssisələrdə həyata keçirə bilər. Dövlət Proqramı MDU üçün qısamüddətli və sertifikat əsaslı təhsil proqramlarının inkişafı baxımından da yeni imkanlar açır. Sənəddə turizm sahəsində peşə hazırlığı kurslarının və ixtisaslaşmış təlimlərin təşkili nəzərdə tutulur. Bu istiqamətdə Mingəçevir Dövlət Universiteti yalnız öz tələbələrinə deyil, regionda fəaliyyət göstərən hotel, restoran, turizm və xidmət müəssisələrinin əməkdaşlarına da xarici dil, müştəri xidməti, rəqəmsal satış, turizm marketinqi, qonaqpərvərlik, tədbirlərin təşkili və digər istiqamətlər üzrə davamlı təhsil proqramları təqdim edən regional kompetensiya mərkəzinə çevrilə bilər.
“Dövlət Proqramının regional inkişaf istiqaməti Mingəçevir Dövlət Universitetinin imkanlarını daha da genişləndirir. Mingəçevirin coğrafi mövqeyi, Kür çayı, Mingəçevir su anbarı, şəhərin idman və rekreasiya infrastrukturu, nəqliyyat əlçatanlığı, eləcə də Mərkəzi Aranın digər rayonlarına yaxınlığı yeni turizm məhsullarının və marşrutlarının hazırlanması üçün mühüm potensial formalaşdırır. Bu potensial universitet üçün həm tədris, həm də tədqiqat laboratoriyası rolunu oynaya bilər”, - deyən rektor qeyd edib ki, MDU-nun müəllim və tələbələri tərəfindən Mingəçevir və Mərkəzi Aranın turizm potensialının xəritələndirilməsi, su və rekreasiya turizmi, idman turizmi, ekoturizm, kənd turizmi, gastronomiya və mədəni turizm marşrutlarının hazırlanması, turist davranışlarının öyrənilməsi və yeni turizm məhsullarının iqtisadi səmərəliliyinin qiymətləndirilməsi kimi tətbiqi layihələrin həyata keçirilməsi mümkündür. Xüsusilə Dövlət Proqramında “Turizm kəndi” konsepsiyasının yaradılmasının nəzərdə tutulması universitet–region əməkdaşlığı üçün yeni platforma yaradır. MDU bu prosesə elmi və ekspert potensialı ilə qoşularaq Mərkəzi Aranda turizm potensialına malik yaşayış məntəqələrinin araşdırılması, yerli resursların inventarlaşdırılması, icma əsaslı turizm modellərinin hazırlanması və kənd sahibkarları üçün təlimlərin keçirilməsi istiqamətlərində layihələr irəli sürə bilər.
“Güclü turizm sənayesi üçün müasir infrastruktura və investisiyalara ehtiyac olduğu qədər, yüksək hazırlıqlı insan kapitalına, elmi tədqiqatlara, innovativ yanaşmalara və beynəlxalq təcrübəyə də ehtiyac var. Mingəçevir Dövlət Universiteti məhz bu missiyadan çıxış edərək turizm üzrə təhsil, elm, beynəlxalq əməkdaşlıq və regional inkişaf arasında yeni sinerji yaratmaq, Mərkəzi Aranın turizm potensialının elmi əsaslarla üzə çıxarılmasına töhfə vermək və beynəlxalq standartlara cavab verən yeni nəsil turizm mütəxəssislərinin hazırlanmasını təmin etmək istiqamətində fəaliyyətini daha da genişləndirməyi hədəfləyir”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

