Hindistanda yaşı 3,5 milyard il olan biogen mənşəli çöküntülər aşkar edilib
18.08.2026 [12:45]
Geoloqlar Hindistanın cənub-şərqində yaşı 3,5 milyard il olan çöküntü süxurları aşkar ediblər. Onların tərkibində Yer kürəsində ən qədim biogen mənşəli çöküntülərin olduğu müəyyən edilib. Tədqiqatçıların fikrincə, bu, həyatın mürəkkəb metabolik dövrə malik formalarının Paleоarxey erasının başlanğıcında meydana gəldiyini və geniş yayıldığını göstərir. Araşdırmanın nəticələrinə dair məqalə “PNAS” jurnalında dərc olunub.
AZƏRTAC xəbər verir ki, biogen mənşəli çöküntülər Hindistanın cənub-şərqində yerləşən Bhitar-Dari bölgəsində aşkar edilib. Məqalədə qeyd olunduğuna görə, alimlər əslində, vulkanlarla qonşuluqda yerləşən aktiv dəniz ekosistemində qədim həyatın qoyduğu bütöv bir kimyəvi arxivi aşkar etməyə nail olublar. Beynəlxalq tədqiqatçılar qrupuna Hindistan Geoloji Xidmətinin elmi işçisi Trizrota Çoudhuri rəhbərlik edib.
Tədqiqatçılar həmin süxurlarda üzvi maddələrlə yanaşı, dəmir və silisium birləşmələrindən, həmçinin qrafit və yüksək temperaturda su mühitində əmələ gələn bir sıra digər minerallardan ibarət təbəqələr aşkar ediblər. Alimlərin fikrincə, bu, çöküntülərin dayaz sularda yerləşən geotermal mənbələrin və ya vulkanların yaxınlığında formalaşdığını göstərir. Bu fakt həyatın mənşəyinin vulkanlarla əlaqələndirildiyi nəzəriyyələri dəstəkləyir.
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40

