Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır
17.08.2026 [16:31]
Qarabağ və Şərqi Zəngəzurun zəngin dini-mədəni irsinin öyrənilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində elmi araşdırmalar davam etdirilir. Məscid, ziyarətgah, qəbiristanlıq və epiqrafik abidələrin, eləcə də bölgənin görkəmli dini-mənəvi şəxsiyyətlərinin irsinin tədqiqi bu istiqamətdə aparılan əsas araşdırmalar sırasındadır. Azərbaycan İlahiyyat İnstitutu da elmi tədqiqatlar və maarifləndirici təşəbbüslər vasitəsilə Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsinin öyrənilməsinə və təbliğinə töhfə verir.
İlahiyyat İnstitutundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son illərdə Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsinin araşdırılması elmi tədqiqatların mühüm istiqamətlərindən birinə çevrilib. Bu ərazilərdə yerləşən məscid, ziyarətgah, qəbiristanlıq, epiqrafik abidə və digər dini-mədəni irs nümunələrinin tarixi, memarlıq xüsusiyyətləri və dini əhəmiyyəti sistemli şəkildə araşdırılır.
İnstitut Azərbaycanın zəngin dini-fəlsəfi və elmi-mədəni irsinin tədqiqi və gələcək nəsillərə çatdırılması istiqamətində də fəaliyyətini davam etdirir. Müəllim və tədqiqatçılar Azərbaycanın dini-fəlsəfi irsi, İslam alimlərinin elmi yaradıcılığı, habelə bölgələrin dini-mədəni tarixinin müxtəlif aspektləri ilə bağlı araşdırmalar aparırlar.
Bu istiqamətdə həyata keçirilən tədqiqatlardan biri “Qərbi Azərbaycan İslam alimlərinin dini-ictimai fikrin formalaşmasında iştirakı” mövzusundadır. Araşdırma çərçivəsində Qərbi Azərbaycan, o cümlədən Şərqi Zəngəzurla tarixi və mənəvi bağlılığı olan bölgələrdə yetişmiş İslam alimlərinin dini fikir tariximizə, maarifçilik ənənələrinə və ictimai düşüncənin formalaşmasına verdikləri töhfələr elmi mənbələr əsasında öyrənilir.
İnstitutun dini-mədəni irsin yaşadılması istiqamətində fəaliyyəti yalnız elmi tədqiqatlarla məhdudlaşmır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə təsis edilmiş təqaüd proqramları da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Hazırda Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə “Xurşidbanu Natəvan”, “Məhəmməd İrəvani” və “Həmzə Nigari” adına təqaüdlər təqdim olunur. Qarabağ, Qərbi Azərbaycan və Şərqi Zəngəzurun görkəmli dini-mənəvi simalarının adını daşıyan bu təqaüdlər gənclərdə milli-mənəvi irsə bağlılığın gücləndirilməsinə, klassik dini fikir nümayəndələrinin irsinin tanıdılmasına və onların elmi-mədəni fəaliyyətinin öyrənilməsinə marağın artırılmasına xidmət edir.
Azərbaycan İlahiyyat İnstitutu hesab edir ki, Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsinin sistemli şəkildə araşdırılması yalnız tarixi yaddaşın qorunması baxımından deyil, Azərbaycanın zəngin elmi, dini və mədəni irsinin beynəlxalq akademik ictimaiyyətə təqdim edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
İnstitut qarşıdakı dövrdə bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsini, gənc tədqiqatçıların təşviq edilməsini, milli-mənəvi irsin öyrənilməsi və təbliği ilə bağlı yeni təşəbbüslərin həyata keçirilməsini diqqətdə saxlayacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

