Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Valideynlərin nəzərinə: bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır

Valideynlərin nəzərinə: bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır

28.07.2026 [11:10]

İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Sərbəst qəbulun aparılacağı ümumi təhsil müəssisələri bunlardır:

• Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb;

• Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey;

• “Zəngi” liseyi;

• Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

• 132-134 nömrəli Təhsil Kompleksi.

Qeyd edək ki, 1-ci sinfə elektron qəbul prosesi müvafiq qaydalara uyğun olaraq davam etdirilir.

Paylaş:
Baxılıb: 311 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30