“ASAN xidmət” işlərin həllini asanlaşdırır
13.02.2014 [09:13]
Yaradılacaq “ASAN ödəniş” sistemi vətəndaşlara yeni rahat imkanlar təqdim edəcək
Sürətlə müasirləşən Azərbaycanın inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri vətəndaşların hərtərəfli rahatlığının təmin edilməsidir. Bu baxımdan, ölkəmizdə tətbiq olunan “ASAN xidmət” (Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi - Azerbaijan Service and Assessment Network) dünya təcrübəsində unikal hal olmaqla bərabər, vətəndaşların ən müxtəlif sənədləşdirmə ilə bağlı işlərini xeyli dərəcədə asanlaşdırıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2012-ci il iyulun 13-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin yaradılması haqqında imzaladığı Fərmana əsasən, qurumun yaradılması “dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması” zərurətindən irəli gəlib. Bu qurumun yaradılması Azərbaycanda son illərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi, korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılması istiqamətində görülən işlərin içərisində öz uğurlu nəticələrinə görə ön sıralarda dayanır.
2013-cü ilin yanvar ayından fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin sayı 3-ü Bakıda, 1-i Sumqayıtda, 1-i Gəncədə olmaqla 5-ə çatdırılıb. Qurumun xidmətlərindən istifadə edənlərin sayı ötən ilin sonlarına doğru 600 min nəfəri ötmüşdü. Vətəndaşların “ASAN xidmət”ə müraciətlərinin bu qədər yüksək səviyyədə olmasını qurumun şəffaf fəaliyyəti və insanlara yaratdığı rahat imkanlarla izah etmək mümkündür.
“ASAN xidmət” vətəndaşlara notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin verilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirmələri üçün sənədlərin qəbulu və digər xidmətlər göstərir.
Göstərilən bütün xidmət sahələri üzrə vətəndaşların müraciətləri əsasında operativ iş aparılır. Məsələn, 1 fevral 2014-cü il tarixində “ASAN xidmət”in “Çağrı” mərkəzi şöbəsinin fəaliyyətinin 1 illiyi qeyd olunub. “Çağrı” mərkəzi vasitəsilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən onlayn müraciət, email, sosial şəbəkələr (internet) və ya telefon vasitəsilə mövcud dövlət orqanlarının göstərdiyi bütün xidmət növləri, tələb edilən sənədlər, dövlət rüsumu və ya xidmət haqqı barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təklif və şikayətlərini bildirə bilərlər. Ötən bir il ərzində “Çağrı” mərkəzi tərəfindən “108” telefon nömrəsi vasitəsi ilə 155 476, onlayn əlaqə ilə 10 670, rəsmi elektron poçt ünvanından 401, sosial şəbəkələr vasitəsi ilə 26 mindən artıq olmaqla, ümumilikdə 200 000-ə yaxın müraciət cavablandırılıb.
Təsadüfi deyil ki, özünü doğruldan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferası genişləndirilir. Məlum olduğu kimi, fevralın 11-də Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.
Fərmanda inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən, “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edən çoxfunksiyalı “ASAN ödəniş” sisteminin yaradılması nəzərdə tutulub.
“ASAN ödəniş” sistemi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını, inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin edəcək.
“ASAN ödəniş” inzibati cərimələrin yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında, ticarət mərkəzlərində və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə xüsusi ödəmə terminalları ilə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilən inzibati cərimələrin mobil telefon aparatları ilə, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə şərait yaradacaq.
Beləliklə, vətəndaşlar “ASAN xidmət”in fəaliyyətindən daha çox sahələrdə yararlanmaq imkanı əldə edəcəklər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

