Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün mövzular müəyyənləşdirilib

Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün mövzular müəyyənləşdirilib

11.02.2014 [08:58]

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri Umud Mirzəyev şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Gündəlikdə duran məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2014-cü il Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif edib. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə Şurasının üzvləri qaliblər üçün 1000 manat, həvəsləndirici yerlər üçün isə 300 manat məbləğində mükafatların verilməsi barədə qərar qəbul ediblər.

Paylaş:
Baxılıb: 1225 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31