Qəzzada yenidən müharibə başlayacaq?
13.01.2026 [09:36]
İsrail quru əməliyyatına hazırlaşır
Qəzza bölgəsidə vəziyyət yenidən aktivləşir. Belə ki, irəli sürülən sülh planına əsasən HƏMAS silahlarını təhvil verməli idi. Bəzi xəbərlərə görə, qruplaşmanın silahlarını təhvil verməkdən imtinası vəziyyəti yenidən dramatikləşdirir. “The Wall Street Journal” İsrail və ərəb mənbələrinə istinadən yazıb ki, HƏMAS-ın silahsızlanmaqdan imtina etməsi fonunda İsrail ordusu Qəzza sektorunda yeni quru əməliyyatı planı hazırlayıb. Eyni zamanda, HƏMAS müharibə zamanı itirdiyi hərbi potensialı bərpa etməyə çalışır.
Nəşrin məlumatına görə, buna zədələnmiş tunel infrastrukturunun təmiri də daxildir. Bildirilir ki, HƏMAS yeni maliyyə vəsaitləri əldə edib və bu da hərəkatın üzvlərinə müntəzəm ödənişlərin bərpasına imkan verib.
Qəzet, həmçinin qeyd edir ki, HƏMAS Qəzza sektorundan kənarda yeni komandirin seçilməsindən sonra silahsızlanma məsələsində mövqeyini dəyişə bilər. Namizədlər arasında silahsızlanmaya qarşı çıxan Xəlil əl-Həyya ilə yanaşı, daha mülayim mövqeyi ilə tanınan Xalid Məşəl də var.
Üzvlər təsdiqlənməyib...
Vurğulayaq ki, ABŞ Prezidenti Donald Trampın bu həftə “Sülh Şurası”nın tərkibini açıqlayacağı gözlənilir. Qəzza zolağına nəzarət edən radikal islamçı qrup Donald Trampın atəşkəs planına uyğun olaraq Qəzzanı idarə etmək üçün səlahiyyətlərin müstəqil Fələstin texnokratlarından ibarət komitəyə ötürülməsinə hazırlaşmaq üçün idarəetmə orqanlarına təlimat verdiyini açıqlayıb. Heç bir tərəflə siyasi əlaqəsi olmaması gərəkən texnokratların İsrail və ABŞ tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyi hələ də məlum deyil. “The Israel Times” qəzeti yazıb ki, ötən həftə İsrailin Şin Bet təhlükəsizlik xidmətinə 12 şəxsin siyahısı təqdim edilib və onlardan səkkizi təsdiqlənib. HƏMAS və digər Fələstin fraksiyalarının nümayəndələri bu həftə Qahirədə Misir vasitəçiləri ilə danışıqlar aparacaqlar. Vurğulanır ki, 10 oktyabrda qüvvəyə minən atəşkəsin digər elementləri, məsələn, HƏMAS-ın tərksilah edilməsi və beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi “Sülh Şurası” tərəfindən izləniləcək. HƏMAS Qəzza zolağı üzərində siyasi nəzarətdən imtina etməyə hazır olduğunu bildirir. Lakin əsas məsələ bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınan və Qəzza zolağının əhalisinə nəzarət edən HƏMAS qruplaşmasının silahsızlaşdırılmasıdır.
20 minlik əsgərin 60 min silahı...
İsrailin mümkün quru əməliyyatı barədə yazan “The Times of Israel” qəzetinin məlumatına görə, plan atəşkəs demarkasiya xəttini (sözdə “Sarı Xətt”) qərbə, sahilə doğru hərəkət etdirmək məqsədi daşıyır. Qəzet yazır ki, bu, İMQ-nin ərazi üzərində nəzarətini daha da genişləndirəcək. Qəzetdəki mənbələr hərbi əməliyyatın mart ayına planlaşdırıldığını bildirirlər. Lakin, bir ərəb rəsmisinin qeyd etdiyi kimi, bu, hələ də HƏMAS-ın tərksilahını da əhatə edən atəşkəsin ikinci mərhələsinə həyata keçməyə çalışan ABŞ-ın dəstəyi olmadan baş tuta bilməz.
“The Wall Street Journal”ın məlumatına görə, HƏMAS ağır silah ehtiyatlarının qalan hissəsini təslim etməyə hazırdır, lakin kiçik silahları təhvil vermək niyyətində deyil. İsrail qrupun 60 min kiçik çaplı silahlı olan 20 min döyüşçüsünün olduğunu təxmin edir. Bundan əlavə, qəzetin mənbələrinə görə, HƏMAS bu yaxınlarda vəsait axını alıb və bu da döyüşçülərinin müntəzəm maaşlarını bərpa etməyə imkan verib.
İsrail rəsmiləri qeyd edirlər ki, Qəzzaya qoşun göndərmək üçün təcili plan yoxdur - Təl-Əviv Amerikanın sülh planına irəliləmək üçün vaxt verməyə hazırdır. Qəzet yazır ki, sülh planında irəliləyişin qarşısını alan digər səbəb Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinin açılmamasıdır. Buna səbəb isə Qəzzada ölən sonuncu İsrail girovunun cəsədinin hələ də qaytarılmamasıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxHadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10

