Dövlət Sosial Müdafiə Fondunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib
27.12.2013 [09:16]
Dekabrın 26-da Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.
Fonddan AzərTAc-a bildiriblər ki, DSMF-in sədri Elman Mehdiyev bu tədbirin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirildiyini deyib. Onun sözlərinə görə, əsas məqsəd ictimaiyyəti DSMF-nin fəaliyyəti, qurulan müasir avtomatlaşdırılmış idarəetmə sistemi ilə yaxından tanış etmək, qurumun həyata keçirdiyi elektron xidmətlər barədə ətraflı məlumat verməkdir.
E.Mehdiyev bildirib ki, son vaxtlar DSMF-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələr yaradılıb, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb.
DSMF-nin sədri hazırda Azərbaycanın sığorta-pensiya sisteminin müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərdiyini nəzərə çatdıraraq əlavə edib ki, informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində qurumun mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb. Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb. “Elektron hökumət” portalının statistikasına əsasən, qurumun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. Bu ilin ötən dövründə DSMF-nin təkcə “Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərindən 119 minə yaxın istifadəçi yararlanıb. O, cari ilin iyul ayından etibarən ilk dəfə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyininə başlanıldığını vurğulayıb, qısa müddətdə 1067 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını deyib.
DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsini icra edən Sabir Qocayev fondun interaktiv və informativ elektron xidmətləri ilə bağlı təqdimatla çıxış edib. Tədbir iştirakçılarına elektron xidmətlər, onlardan istifadə qaydaları nümayiş etdirilib.
Sonra tədbir iştirakçıları DSMF-nin fərdi uçotun təşkili şöbəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi işləri ilə yerində tanış olublar.
Təqdimatla çıxış edən fərdi uçotun təşkili şöbəsinin müdiri vəzifəsini icra edən Nigar Pənahova bildirib ki, hazırda 2 milyon 630 mindən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər. Bu islahat tədbirləri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verir.
Tədbir çərçivəsində “190” nömrəli telefon məlumat xidmətinin, eləcə də pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı məqsədilə yaradılan xüsusi “Çağrı mərkəzi”nin (190-0) fəaliyyəti barədə məlumat verilib, avtomatlaşdırılmış pensiya təyinatı, pensiyaların ödənişi və uçotu sahəsində elektron sənəd mübadiləsinin tətbiqi istiqamətində maarifləndirici təqdimatlar edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

