Tarixdə bu gün: Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür
27.01.2026 [09:13]
27 yanvar tarixi dünyanın ən böyük soyqırımlarından sayılan Holokostun anım günüdür. 1945-ci ilin bu günü SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan 60-cı Ordu nasistlərin ən böyük ölüm düşərgələrindən sayılan Osvensim-ə daxil olaraq sağ qalanları xilas etdi. Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir - Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Bu qətliamda yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” kimi qəbul edilən insanlar, faşizm əleyhdarı olan almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olublar. Faşistlər Holokostu “yəhudi probleminə son həll” olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı 17 milyon nəfərə qədər qalxa bilər.
Soyqırımdan əvvəl Avropa yəhudilərinin sayı 11 milyon idi
Bu insanların öldürülmə səbəbləri isə faşizm dövründə son həddə çatmış yəhudilərə nifrətin və faşizm irqçiliyinə görə “yaşamaq haqqı olmayan aşağı irqlər” olaraq görülmələri idi. 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ali irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudilərə nifrət, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. 1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. 20 yanvar 1942-ci ildə isə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarının müzakirə olunduğu Wannsee Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi. İlk ölüm düşərgələri 1933-cü ildən Daxauda inşa edildi. Daha sonra isə siyahıya Auschwitz-Birkenau (1941), Chelmno (ya da Kulmhof) (1941), Varşava (1942), Lublin (1942), Belzec Lublin yaxınlığında düşərgə (1942) əlavə edildi.
6 milyon günahsız insan qətl edildi...
Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox azdır. Bununla əlaqədar olaraq faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri barədə məlumatlar da var. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan digər insanlara bu mövzunu çölə çıxarmamaq əmri vermişdi. Yəni Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirdilər. Holokost qurbanlarının sayı uzun zaman ancaq təxmin edilmişdi. Nürnberq məhkəməsi 1946-cı ildə öldürülən yəhudilərin sayını ilk dəfə olaraq 6 milyon nəfər göstərmişdi. 1990-cı ildən bu zamana qədər bilinməyən sənədlərlə dolu Sovet arxivləri tarixçilərə daha çox məlumatlar verdi. Bu arxivlərdə düşərgələrə köçürülənlərin siyahısı, sürgün üçün istifadə olunan qatarların planları və yəhudilərin Holokostdan əvvəlki sayını ehtiva edən sənədlər vardı. Bu sənədlərin köməyi ilə öldürülənlərin sayları təkrar hesablanmış və məsələn, Auschwitz ölüm düşərgəsində 1,1 milyondan daha az yəhudi öldürüldüyü ortaya çıxmışdı. Digər ölkələrdə də ölənlərin sayları daha dəqiq olaraq hesablandı.
Xocalı faciəsinin mahiyyəti Holokostla eynidir
Holokost qurbanlarının xatirəsi hər il bütün dünyada qeyd edilir, anılır. Bu dəhşətli qətliam dünya üçün bir siqnaldır - irqi ayrı-seçkilik, yalnız bir din və ya bir millətə məxsus olduğu səbəbilə bu kimi dəhşətli bir soyqırımın həyata keçirilməsi yolverilməzdir. Təəssüf ki, Holokost bu mənada son faciə olmadı. XX əsrin sonunda ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı faktı da Holokostun təkrarı idi. Yalnız azərbaycanlı olduğu üçün öldürülən 613 nəfər dinc insanın 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilən bu şəxslərlə yanaşı, 487 nəfər ağır xəsarətlərə məruz qoyuldu, 1275 nəfər isə girov götürüldü. Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Holokostun dəhşəti təkcə qurbanların sayında deyil, həm də bu cinayətlərin soyuqqanlı planlaşdırılmasında idi. İnsanlar qaz kameralarına göndərildi, aclıq, xəstəlik və ağır əmək vasitəsilə məhv edildi. Ailələr parçalandı, uşaqlar valideynlərindən ayrıldı, milyonlarla insanın xatirəsi torpağa gömüldü. Bu, sadəcə tarixdə baş vermiş hadisə deyil; bu, insanlığın özünə qarşı törətdiyi cinayətdir.
Sonda bir həqiqəti unutmayaq: Holokost keçmişin faciəsi deyil, unudularsa gələcəyin təhlükəsidir. Qurbanların xatirəsini yaşatmaq, insan ləyaqətini qorumaq deməkdir. Bəşəriyyət bu dərsi unutmağa haqqı yoxdur...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Yanvar 23:42
İqtisadiyyat
27 Yanvar 23:15
Dünya
27 Yanvar 22:57
YAP xəbərləri
27 Yanvar 22:44
İqtisadiyyat
27 Yanvar 22:31
Dünya
27 Yanvar 22:09
İqtisadiyyat
27 Yanvar 21:46
İdman
27 Yanvar 21:22
Dünya
27 Yanvar 21:10
Dünya
27 Yanvar 20:51
Sosial
27 Yanvar 20:38
Dünya
27 Yanvar 20:14
Dünya
27 Yanvar 19:40
Daxili siyasət
27 Yanvar 19:32
Hadisə
27 Yanvar 19:18
Dünya
27 Yanvar 18:17
Dünya
27 Yanvar 17:26
Xəbər lenti
27 Yanvar 16:55
YAP xəbərləri
27 Yanvar 16:38
YAP xəbərləri
27 Yanvar 16:32
Sosial
27 Yanvar 15:52
Sosial
27 Yanvar 15:24
Siyasət
27 Yanvar 15:05
Xəbər lenti
27 Yanvar 14:56
Dünya
27 Yanvar 14:33
Dünya
27 Yanvar 14:25
Dünya
27 Yanvar 13:31
Dünya
27 Yanvar 13:12
Dünya
27 Yanvar 12:45
Sosial
27 Yanvar 12:42
Turizm
27 Yanvar 12:41
Siyasət
27 Yanvar 12:32
Dünya
27 Yanvar 12:29
Sosial
27 Yanvar 12:29
Siyasət
27 Yanvar 12:28
İqtisadiyyat
27 Yanvar 12:22
Elm
27 Yanvar 12:21
İqtisadiyyat
27 Yanvar 12:20
Hadisə
27 Yanvar 12:20
Gündəm
27 Yanvar 12:18
Sosial
27 Yanvar 12:07
Gündəm
27 Yanvar 11:58
Siyasət
27 Yanvar 11:52
Gündəm
27 Yanvar 11:38
İqtisadiyyat
27 Yanvar 11:36
YAP xəbərləri
27 Yanvar 11:28
Sosial
27 Yanvar 11:23
İqtisadiyyat
27 Yanvar 11:18
İqtisadiyyat
27 Yanvar 11:17
Sosial
27 Yanvar 10:49
İqtisadiyyat
27 Yanvar 10:33
Analitik
27 Yanvar 10:14
Elanlar
27 Yanvar 10:04
Siyasət
27 Yanvar 09:51
Hadisə
27 Yanvar 09:43
Analitik
27 Yanvar 09:38
Sosial
27 Yanvar 09:13
Dünya
27 Yanvar 08:57
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:30
Sosial
27 Yanvar 08:28
Ədəbiyyat
27 Yanvar 08:25
Gündəm
27 Yanvar 08:10
Dünya
26 Yanvar 23:15
Dünya
26 Yanvar 22:49
Dünya
26 Yanvar 22:24
Dünya
26 Yanvar 21:57
Dünya
26 Yanvar 21:20
Sosial
26 Yanvar 20:45
Dünya
26 Yanvar 19:51

