Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb

Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb

05.11.2013 [09:19]

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçirilib.
Noyabrın 3-də “Four Seasons” otelində müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib.
AzərTAc xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, müstəqil Azərbaycanda şəhərsalmanın əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalma sahəsində böyük nailiyyətlər əldə olunub. Bu gün də memarlığın inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin önəm verdiyi məsələlərdən biridir.
Nazir deyib ki, Mədəniyyət və Turizm Nazirliyi və Memarlar İttifaqı memarlıq sahəsində qazanılmış bu uğurları əsas tutaraq, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Uğurla təşkil edilmiş bu müsabiqənin iki ildən bir keçirilməsi qərara alınıb.
Əbülfəs Qarayev bildirib ki, Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin əsas məqsədi memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, bina və tikililərin layihələndirilməsində daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan həllinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.
Müsabiqənin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakıda nadir və gözəl memarlıq nümunələrinin olduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq müsabiqə qarşısına qoyduğu məqsədə nail olub. Bu nailiyyət Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Memarlar İttifaqı və Beynəlxalq Memarlar İttifaqı arasındakı sıx əməkdaşlıq nəticəsində baş tutub.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, münsiflər heyətinin üzvü Elbəy Qasımzadə rəhbərlik etdiyi qurum adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakiyə mükafat təqdim edib.
Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyaları üzrə keçirilib.
Müsabiqənin mükafat fondu 52 min 500 manatdır. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 4000 manat dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat dəyərində pul mükafatı, üçüncü yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 1000 manat dəyərində pul mükafatı təqdim edilib.
Qaliblərə, həmçinin müsabiqənin rəmzi heykəlciyi və müsabiqəyə uyğun diplom təqdim olunub.
Tədbir Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 1317 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30