Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür
12.08.2025 [15:35]
Hər il avqustun 12-də Beynəlxalq Gənclər Günü qeyd edilir. Bu günün təsis olunması barədə qərar 1998-ci ildə Gənclərin İşləri üzrə Nazirlərin Ümumdünya konfransında qəbul edilib və BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə rəsmiləşdirilib. Bu günün əsas məqsədi gənclərin ictimai həyatın müxtəlif sahələrində fəal iştirakına təkan vermək, onların nailiyyətlərini tanıtmaq və qarşılaşdıqları problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Qeyd edək ki, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Bu addım MDB məkanında və Şərqi Avropa ölkələri arasında analoqu olmayan bir təşəbbüs olub.
Azərbaycanda dövlət gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş qanunlar, fərmanlar, dövlət proqramları gənclərin sosial, iqtisadi, mədəni və mənəvi inkişafına güclü təkan verib. 1997-ci ildə təsis olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin mühüm təbəqəsi kimi formalaşmasına və onların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə töhfə verib.
Ulu Öndərin siyasətində gənclərin təhsilinə, peşə hazırlığına, sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində gənclər yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da uğurlar qazanıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” kimi mühüm layihələr reallaşdırılıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə edib.
İdmanın inkişafına yönəlik dövlət siyasəti də gənclərin potensialının reallaşdırılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edilib, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mərkəzə çevrilib. Qazanılan beynəlxalq uğurlar gənclərin motivasiyasını artırıb, onların milli qürur hissini gücləndirib.
Müasir mərhələdə gənclərin rolu və perspektivləri
XXI əsrdə qlobal iqtisadi və texnoloji dəyişikliklər Azərbaycan gənclərinin qarşısında yeni imkanlar və vəzifələr açıb. 2015-ci ildə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” gənclərin intellektual, fiziki və mənəvi potensialının artırılmasına, onların sosial-iqtisadi və mədəni həyatdakı rolunun möhkəmləndirilməsinə yönəlib. Sənədin əsas məqsədi innovativ düşüncəyə malik, yaradıcı və rəqabətqabiliyyətli gənc nəslin formalaşdırılmasıdır.
Azərbaycan gəncləri yalnız təhsil və idman sahələrində deyil, həm də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. 2020-ci il Vətən müharibəsində gənc hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, onların adlarını xalqımızın müasir tarixində əbədi olaraq yazdırıb. Bununla yanaşı, arxa cəbhədə fəaliyyət göstərən gənclər də informasiya müharibəsində mühüm rol oynayıb, ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıblar.
Dövlətin dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin yaradılması və könüllülük hərəkatının genişləndirilməsi gənclərin liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməkdədir. Xüsusən “Könüllülər ili” çərçivəsində icra edilən sosial layihələr gənclərin həm yerli, həm də beynəlxalq səviyyədə fəallığını artırıb.
Pandemiya dövründə gənclərin göstərdiyi sosial həmrəylik də dövlət-gənclər münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirib. Onlar maarifləndirmə kampaniyaları, sosial yardımlar və könüllü fəaliyyətlərlə həmrəylik nümunəsi göstəriblər.
Bu gün Azərbaycan gəncliyi dövlətin əsas strateji resurslarından biri kimi qəbul olunur. Onların milli dəyərlərə sadiqliyi, modern düşüncəsi və inkişafyönümlü fəaliyyəti ölkənin sabit və dinamik inkişafına töhfə verir. Prezident İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikri dövlətin gənclərə inamının və etimadının rəmzi kimi tarixə düşüb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

