Zolaqlı yırtıcılar...
29.07.2025 [11:21]
Pələnglərin maraqlı xüsusiyyətləriYırtıcı heyvanlar arasında pələnglər ən möhtəşəm, həmçinin qorxulu canlılardan biridir. Bu zolaqlı yırtıcılar təbiətdə güc, çeviklik və sürət simvolu kimi də tanınır. Onlar dünya üzrə ən böyük pişiklər ailəsinə aiddir. Bədənlərinin narıncı rəngdə olması və üzərindəki qara zolaqlar pələngləri unikal edir.
Dünyada təbii mühitdə yaşayan pələnglərin 80 faizi Hindistan yarımadasının payına düşür.100 il əvvələ qədər Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə hazırda keçmiş ərazilərinin 93 ??????də, ümumiyyətlə, rast gəlinmir. Hazırda dünya təbiətində bir neçə min pələng yaşayır. Böyük pişiklər arasında yaquardan başqa yalnız pələng yaxşı üzgüçüdür.
Yeri gəlmişkən, bu gün Beynəlxalq Pələnglər Günüdür. Əlamətdar günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə cəlb etmək və əhalini məlumatlandırmaqdır. Beynəlxalq Pələnglər Günü 2010-cu ildə Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə pələnglərin qorunması məsələləri üzrə keçirilən beynəlxalq forumda təsis edilib.
Sayları getdikcə azalır...
Təəssüf ki, vəhşi təbiətdə bu heyvanların sayı son yüzillikdə getdikcə azalır. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib.
Bundan başqa, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə - Yava və Bali adalarında (1960-1980-ci illərdə), Cənubi Qafqazda (1930-cu illərdə), Orta Asiyada (1960-cı illərdə) tamamilə məhv edilib. Hazırda təbiətin bu nadir canlılarının doqquz tanınmış yarımnövündən yalnız altısı qalıb.
XX əsrdə pələngin adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.
Bioloji quruluş
Pələnglər iri, güclü bədən quruluşuna malikdirlər. Onların bədən uzunluğu 2.5-3 metrə, çəkisi isə 150-300 kiloqrama çatır. Əzələli və çevik bədənləri onlara ovlarını yaxından izləmək və sürətli hücum etmək imkanı verir. Pələnglərin narıncı tükləri üzərində qara zolaqlar onların təbii mühitdə görünməməsini təmin edir. Onların güclü əzələləri və iti dişləri ovlarını tezliklə öldürmək üçün adaptasiya olunub. Gecə görmə qabiliyyəti yüksəkdir və uzun quyruqları balanslarını qorumağa kömək edir.
Fərdi xarakter əlamətlərinə malikdirlər
Hər bir pələngin zolaqları fərqlidir və bu, təkcə kamuflyaj funksiyasını yerinə yetirmir, həm də fərdlərin identifikasiyasında kömək edir. Bir neçə il öncə aparılan tədqiqat göstərib ki, vəhşi təbiətdə əzəmətli yırtıcı heyvanlar olan pələnglər bizim yumşaq tüklü ev heyvanlarımız kimi fərdi xarakter əlamətlərinə malikdir. Gedişatında 248 Sibir pələnginin davranışı müşahidə olunan araşdırma bu nəsli kəsilən canlıların unikal xarakterik xüsusiyyətlərə malik olduğunu göstərib. Bu keyfiyyətlər heyvanların sağ qalmaq və çoxalmaq qabiliyyətinə təsir edir.
Tədqiqatın nəticələri pələnglərin sadəcə monolit növ deyil, daha çox öz fərqli xarakter xüsusiyyətlərinə malik olduğu faktını vurğulayır.
Əzəmət və müvazinət xüsusiyyəti
Alimlər Çində yarı azad şəraitdə saxlanılan iki pələng populyasiyasında əminlik, səmimilik, davakarlıq və vəhşilik kimi əlamətlərin öyrənilməsi üçün insan şəxsiyyət testini uyğunlaşdırıblar. Hər gün pələnglərlə işləyən baytarlar və heyvan baxıcıları 70 şəxsiyyət göstəricisindən ibarət siyahı ilə anketləri doldurublar. Nəticələr göstərib ki, hər iki pələng populyasiyası şəxsiyyət kateqoriyasına aid olan əzəmət və müvazinət kimi xüsusiyyətlərə malikdir.
“Əzəmətə” görə ən çox bal toplayan pələnglər, daha sağlam, diri heyvanları ovlamağa çox meyilli idilər, daha çox qida qəbul edir və cütləşirdilər.
Digər tərəfdən, “sabit” pələnglər daha mülayim, səmimi və sevməyə qadir sayılıb. Maraqlıdır ki, alimlər erkək və dişi pələnglər arasında o qədər də çox fərq aşkar etməyib. Bundan başqa, ata-pələnglərin valideyn vəzifələrinin yerinə yetirilməsinə köməklik etdikləri müşahidə olunub.
Bu gün bir çox ölkədə, o cümlədən Azərbaycanda, heyvanların sirklərdə istifadəsi məhdudlaşdırılıb və ya qadağan olunub. Heyvan hüquqları müdafiəçiləri zooparkların və təbii mühitin pələnglərin qorunması üçün daha münasib olduğunu vurğulayırlar. Beynəlxalq və yerli səviyyədə pələnglərin qorunması üçün müxtəlif layihələr və proqramlar həyata keçirilir. Zooparklar və heyvan bağları pələnglərin qorunmasında mühüm rol oynayır. Azərbaycanda pələnglər artıq təbii halda yaşamasa da, onların tarixi və mədəni rolu qorunmaqdadır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

