/ / Daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib
Daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib
21.08.2013 [09:29]
Avqustun 20-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində daxili işlər orqanlarına xidmətə yeni qəbul edilmiş gənc polis əməkdaşlarının sıra baxışı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbiri açan Ramil Usubov xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan gəncliyinə olan böyük diqqət və qayğısının onun siyasi kursunun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, Ulu öndər tərəfindən imzalanmış “Dövlət Gənclər siyasəti haqqında” Fərmandan, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunundan və eləcə də Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələr daxili işlər orqanlarında da uğurla həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin 51 faizini gənclərimiz təşkil edir.
Nazir deyib ki, sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, təkcə bu ilin ötən dövrü ərzində 1084 gənc, polis sıralarına qəbul edilərək işlə təmin edilib. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc, polis kimi şərəfli və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaq.
“Gənc əməkdaşlara çətin və şərəfli olan polis peşəsinin sirlərinin öyrədilməsi, peşəkar və bacarıqlı polis əməkdaşı formalaşdırmaq kimi bu təhsil ocağının üzərinə də böyük məsuliyyət düşür”, - deyən nazir qeyd edib ki, məktəbin maddi-texniki bazası daha da yaxşılaşdırılıb, gənc əməkdaşlar üçün beynəlxalq standartlara uyğun lazımi şəraitin yaradılması təmin olunub.
Çıxışının sonunda polis sıralarına yeni qəbul edilmiş əməkdaşlara tələb və tövsiyələrini çatdıran nazir Ramil Usubov, həmçinin, onlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini, vətəndaşlarımızın həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan gənc əməkdaşlar adından çıxış edən polis kiçik serjantı Səid Əliyev onlara göstərilən böyük etimada görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Vətənə, dövlətə və anda sadiq qalacaqlarına, gənclərə göstərilən dövlət qayğısını, ali diqqəti nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz verib. Qeyd edilib ki, respublikamızın gəncliyi, Azərbaycan polisi Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını layiqincə yerinə yetirməyə hər an hazırdır.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

