ÜST-dən xəbərdarlıq...
09.04.2025 [09:54]
Yeni pandemiyaya hazırıq?
Son zamanlar yeni pandemiyanın olacağı ilə bağlı informasiyalar yayılmaqdadır. Bunun bir sıra səbəbləri var. Viruslar həmişə olub, son vaxtlar isə müxtəlif səbəblərdən bu viruslar çoxalıb, müxtəlif ştamlar meydana çıxıb.
Yeni virus gəlir...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni pandemiya barədə xəbərdarlıq edib. Qebreyesus bildirib ki, gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir.
Onun sözlərinə görə, növbəti pandemiya gözləməyəcək: “Yeni bir pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu, baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi”.
O, pandemiya sazişi üzrə danışıqlarda konsensusun əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. ÜST rəhbəri əmin edib ki, belə bir saziş ÜST-yə üzv olan heç bir dövlətin suverenliyinə xələl gətirməyəcək, əksinə, milli suverenliyi və beynəlxalq fəaliyyəti gücləndirəcək.
Təhlükə hər zaman var!
Mövzunu “Yeni Azərbaycan”a şərh edən infeksionist Mərdan Əliyev bildirib ki, virus təhlükəsi həmişə olduğu kimi yenə var və hətta daha artıqdır. Onun sözlərinə görə, COVID dövründə müxtəlif təcrübələr yaşandı: “Yaşanan bu təcrübələr virusların aşkarlanması istiqamətində məlumatları artırdı. Ümumiyyətlə, viruslarla bağlı həddindən artıq informasiyanı cəmiyyətdə çoxaltdı. Bunun həm faydalı, həm də zərərli tərəflərinin olduğunu qeyd etməliyik. Bundan əlavə, virusologiya sahəsindəki tədqiqatların daha da dərinləşməsinə imkan yarandı. Farmakoloji vasitələrlə aparılan müalicələrin və digər müalicə metodlarının daha dərin tədqiqini ortaya qoydu. Eyni zamanda yeni virusların aşkarlanmasının böyük bir maliyyə tələb etdiyini bilmiş olduq. İkincisi, farmakoterapiyanın özü olduqca böyük və yenə də qlobal səviyyədə maliyyə tələb edən bir sahədir”.
Kifayət qədər maariflənmişik
Həkim əlavə edib ki, COVİD-dən gördüyümüz acı təcrübə göstərir ki, yanlış tədqiqatlar aparılarsa və ya tədqiqat laboratoriyalarında olan təhlükəsizlik rejimlərinə normal şəkildə əməl olunmazsa, bu virus da Uhan təcrübəsindəki kimi çox qısa zamanda lokal ərazilərə keçib epidemiyalara, hətta pandemiyalara səbəb ola bilər və insanlıq üçün ciddi yaşam təhlükəsi yarada bilər: “Biz kifayət qədər maariflənmişik və ən azı müəyyən qədər özümüzü qorumalıyıq. Mümkün qədər xəstəliyi bildiyimiz halda insanlardan uzaq durmağa çalışmalıyıq, immun sistemini gücləndirmək, yəni idman hərəkətləri etmək, müxtəlif vitaminlərin qəbuluna, qidalanmaya, yuxu rejiminə riayət etmək, eyni zamanda təbii ki, temperaturu olan, xəstəlik ehtimalı olan insanlardan bir qədər uzaq durmaq, antiseptik və aseptik vasitələrdən istifadə etmək, məsafə saxlamaq, maska və s. istifadə etmək lazımdır”.
Viruslarla yaşamağa öyrəşməliyik...
Həkim qeyd edib ki, ilk pandemiyada heç kim hazır deyildi. Ancaq növbəti pandemiya üçün hər kəs hazırdır: “Çünki ciddi təcrübə qazandıq. Koronavirus pandemiyası tüğyan etdiyi ərəfədə müəyyən xəstəxanalar tikildi, modul tipli xəstəxanalar hazırlandı, həkimlər praktiki olaraq virusla mübarizə apardılar. Qısa müddətdə vaksin hazırlandı. İnfeksion nəzarət və maarifləndirmə işlərinin strategiyasını artıq hər kəs bilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

