Milli, tarixi və mədəni ənənəmiz - Novruz bayramı
14.03.2025 [17:33]
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Novruz Bayramı yazın gəlişini qeyd edən, çoxsaylı ölkələrdə və mədəniyyətlərdə qeyd edilən ən qədim və ən əhəmiyyətli bayramlardan biridir. Bu bayramın tarixi 3000 ildən çoxdur. Novruz Bayramı, eyni zamanda yeni ilin başlanğıcı olaraq qəbul edilir və təbiətin canlanması, həyatın yenilənməsi simvoludur.
Bayramın simvolları arasında təbiətin, torpağın və insanların yenilənməsini simvolizə edən çoxsaylı adətlər və mərasimlər yer alır. Bu bayram, həmçinin insanlar arasında birliyi, dostluğu və ailə dəyərlərini gücləndirir və ətraf mühitə olan hörməti artırır. Azərbaycanda hər il bu bayram çox coşqun şəkildə qeyd edilir və bütün ölkə boyu müxtəlif tədbirlər, konsert proqramları və şənliklər təşkil olunur.
Novruz bayramı Azərbaycan xalqının milli mədəniyyətində sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayram təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Hələ 2000-ci ilin 21 mart tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən çıxışında qeyd etmişdir ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Həmçinin 21 mart 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev Gənclər Meydanında keçirilən Novruz şənliyi zamanı çıxışnda bildirmişdir ki, “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.”
Ulu Öndərin uzaqgörən siyasətinin və siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev atasının arzularını reallaşdıraraq, uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə və müstəqil Azərbaycanın daha da inkişaf etməsinə və çiçəklənməsinə nail oldu.
Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda da Novruz bayramı möhtəşəm şəkildə qeyd edilir.
Həmçinin Prezident İlham Əliyev uzun illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın bu gün ata-baba torpaqlarında Novruz bayramını qeyd etməsi üçün çox geniş və lazımi şərait yaratmışdır. Bu gün Şuşada, Cıdır düzündə, Xankəndində və digər işğaldan azad olunmuş ərazilərimizdə Novruz bayramı xalqımız tərəfindən yüksək səviyyədə və sevinc dolu hisslərlə qeyd edilir.
Artıq bu il beşinci dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Bütün bu uğurlu və sevincli hadisələrin yaşanması Ölkə Başçısının dəstəyi ilə qürurlu Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı qazandığı qələbənin nəticəsidir. Bunun nəticəsi olaraq da, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdıblar.
Hər il yaz fəslinin gəlməsi ilə əlaqədar, o cümlədən Novruz bayramı ərəfəsində ölkəmizdə müxtəlif mədəni tədbirlər həyata keçirilir ki, bunlardan biri də ağacəkmə kampaniyasıdır. Bu kampaniya ilk dəfə 2007-ci ildə Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.
Ölkəmizin incəsənət xadimləri, o cümlədən xalq sənətkarlarımız Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26

