Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaxın iki gündə yağış yağacaq - XƏBƏRDARLIQ

Yaxın iki gündə yağış yağacaq - XƏBƏRDARLIQ

27.11.2024 [15:21]

Noyabrın 28-dən 29-u axşamadək Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. AZƏRTAC-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Hazırda Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31