Qara qutunun lenti “ərimişdi”...
20.11.2024 [09:49]
Qarakənd faciəsindən 33 il ötür
Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında baş vermiş faciədən 33 il ötür. Belə ki, 1991-ci il noyabrın 20-də həmin ərazidə Azərbaycanın dövlət adamlarının, deputatların, ziyalıların olduğu “Mİ-8” hərbi helikopteri erməni hərbi birləşmələri tərəfindən vurulub.
Hərbi helikopterin terror hücumuna məruz qalması nəticəsində heyət üzvləri və sərnişinlər, Azərbaycanın dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban
Namazəliyev, ovaxtkı DQMV prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, vertolyot heyətinin komandiri Vyaçeslav Kotov, heyət üzvləri Gennadi Domov və Dmitri Yarovenko həlak olublar.
33 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi eyni zamanda bir helikopterə minib? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi helikopter müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi?
O dövrdə ermənilər tərəfindən başladılmış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar keçmiş SSRİ müstəvisində müəyyən addımlar atılırdı. Həmin addımlar guya problemi həll etmək üçün görüntü yaratmaq məqsədi daşıyırdı. Faciəyə aparan yola gəlincə, 1991-ci il noyabrın 18-də keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun köməkçisi Kremldən Bakıya zəng vuraraq respublikanın Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edir. Guya məqsəd Qarabağ ermənilərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması idi. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilir. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edirdi. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, səfərə az müddət qalmış qərar dəyişir, Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Yeni siyahını Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibov təsdiqləyir. Sual doğuran əsas məsələ odur ki, dövlət xadimlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və ziyalıların olduğu helikopter uçuş zamanı mühafizə edilməyib.
Beləliklə, “Mi-8” hərbi helikopterinin erməni terrorçuları tərəfindən vurulması nəticədə helikopterdə olan 22 nəfərin hamısı həlak olur. Hadisə baş verdikdən sonra ilkin olaraq Rusiya və Ermənistan KİV-ləri helikopterin dumanlı hava şəraitində qayaya çırpılması barədə məlumat yaydı. Lakin sonradan onun ermənilər tərəfindən vurulması faktı təsdiqlənib. Faktla bağlı 21 noyabr 1991-ci ildə Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılır və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilir. Lakin sonradan cinayət işi üzrə istintaq dayandırılır. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilir. Bundan başqa, Xankəndidəki sovet qarnizonunun hərbi prokuroru, anası erməni olan İ.Lazukitin faciə ilə əlaqədar cinayət işi açır, amma cinayətin təsdiqlənməsi üçün əsas sübut olan helikopterin qara qutusunu da ələ keçirir. Qara qutu Azərbaycanın hüquq-mühafizə orqanlarına verilmir, istintaq məqsədilə Moskvaya aparıldığı bildirilir. Bir müddət sonra isə partlayış nəticəsində qara qutunun lentinin “əridiyi” açıqlanır. Bununla da daha bir erməni cinayətinin üstünün örtülməsinə cəhd edilir.
Lakin 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrda keçirilən antiterror tədbirləri nəticəsində dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək tarixi ədaləti bərpa etdi. Artıq ermənilər tərəfindən terror aktının törədildiyi Qarakənd kəndi də düşmən tapdağından azad edilib və Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xocavənd rayonunda Azərbaycan Bayrağını ucaldıb. Azərbaycan xalqına qarşına cinayətlər törətmiş canilərin bir qismi döyüş meydanında cəzasını aldı, bir qismi isə ədalət mühakiməsinə çıxarılacaq. Qarabağda üçrəngli bayrağımızın dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Qarakənd faciəsinin qurbanlarının ruhları şaddır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

