/ / Xocalı prospektində 2 hərəkət zolağı və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib
Xocalı prospektində 2 hərəkət zolağı və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib
25.09.2024 [21:17]
Bakının bir sıra küçə və prospektində mobillik imkanlarının yaxşılaşdırılması, avtomobillərin, o cümlədən ictimai nəqliyyatın hərəkət sxemlərinin optimallaşdırılması və yenidən təşkili istiqamətində genişmiqyaslı işlər davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qərb ölkələrinin təcrübəsində istifadə olunan innovativ metodların tətbiqi ilə bu proses sürətlə və səmərəli şəkildə həyata keçirilir. Yollarda asfalt örtüyünün boyanması, həmçinin nişanlanma xətlərinin silinməsi üçün xüsusi texnikalardan istifadə olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, hərəkətin sıx olduğu Xocalı prospektində (metronun “Xətai” stansiyasından Yusif Səfərov küçəsi ilə kəsişməyədək) sözügedən texnika vasitəsilə yeni nişanlanma işləri aparılıb. Prospektdə mövcud 2 zolaq və parklanma yerləri saxlanılmaqla velosiped zolağı təşkil edilib.
Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində isə üfüqi yol nişanlanması işləri həyata keçirilib. Həmçinin parklanma yerləri saxlanılmaqla, hərəkət zolaqlarının eninin standartlara uyğunlaşdırılması nəticəsində mikromobillik vasitələri üçün zolaq və nəqliyyat vasitələri üçün 2 hərəkət zolağı təşkil edilib. Ərazidə zolaqlar kanallaşdırılıb. Bu da yol səthinin daha səmərəli istifadəsinə şərait yaradır. Xaqani küçəsində ötürmə imkanlarına xələl gətirmədən həm avtomobillərin maneəsiz hərəkəti və parklanması, həm də mikromobillik vasitələrindən istifadə edən vətəndaşların rahat hərəkəti üçün optimal şərait yaradılmasına nail olunub. Belə ki, bu küçədə innovativ yanaşma tətbiq edilərək velosiped zolaqları parklanma yerlərindən əvvəl təşkil edilib. Bu isə velosipedçilərin təhlükəsizliyini təmin etməklə yanaşı, avtomobillərin də parklanma zamanı rahat hərəkətinə imkan yaradır. Bu təcrübə dünyanın bir çox ölkələrində uğurla sınaqdan keçirilib.
Xaqani küçəsində parklanma yerlərinin saxlanılmasında əsas məqsəd mobilliyin idarə olunması və əlçatanlığın maksimum dərəcədə təmin edilməsidir. Bundan əlavə, bütün küçə boyu velosiped yollarının təşkili nəzərdə tutulur. Bu da Bakı şəhərində mikromobillik vasitələrinin hərəkət zonalarının genişləndirilməsi konsepsiyasına uyğundur.
Qeyd edək ki, 28 May küçəsində də genişmiqyaslı işlər aparılıb. Burada yolun hərəkət hissəsinin sol tərəfində mikromobillik vasitələri, sağ tərəfində ictimai nəqliyyat, onların arasında isə ümumi istifadə üçün zolaqlar təşkil olunub. Yolun hərəkət hissəsinin eni nəzərə alınmaqla parklanma yerləri də yaradılıb. Bununla da paytaxtın nəqliyyatın intensiv olduğu mərkəzi küçələrindən birində mobilliyin təmin edilməsi üçün bütün tələblər nəzərə alınaraq hərəkət iştirakçıları üçün müvafiq şərait yaradılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

