Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

13.09.2024 [11:35]

Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdiriləcək.

Bakı metrosundan Yeniazerbaycan.com-a bildirilib ki, “Bakı Metropoliteni” QSC yarış təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin müraciətinə müsbət cavab verib.

Avtomobil yürüşü günlərində şəhər mərkəzində keçiriləcək kütləvi-mədəni tədbirlərə görə, sentyabrın 13-dən 14-nə və ayın 14-dən 15-nə keçən gecələr Bakı metrosunun iş rejimi iki saat uzadılacaq.

Şənbə və bazar günlərinə keçən gecələr metronun bütün stansiyalarının qapıları gecə saat 02:00-a qədər girişə açıq olacaq. Sərnişinlər stansiyalar üzrə mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Paylaş:
Baxılıb: 527 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31