AHİK sədri sanatoriyalara baxış keçirib, müalicə olunanların rəy və təkliflərini dinləyib
09.09.2024 [18:21]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov qurumun sanatoriyalarına baş çəkib, ittifaq üzvlərinin müalicəsi üçün yaradılmış şəraitlə tanış olub.
Konfederasiyadan Yeniazerbaycan.com-a bildirilib ki, əvvəlcə “Şıx” sanatoriyasına gələn AHİK sədri ərazini gəzib, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib.
Bildirilib ki, dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitli bir və ikinəfərlik nömrələr var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan və parafin terapiyaları daxildir. Burada İsrail, Rusiya, Belarus, Qazaxıstan, Almaniya, Polşa, Danimarka və digər ölkələrdən gələn qonaqlar da müalicə alırlar.
Sonra Sahib Məmmədov “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən “Miras” istirahət mərkəzində olub, pasiyentlərin müalicə şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan və parafin terapiyaları, təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. “Miras” istirahət mərkəzində də üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
Konfederasiya sədri Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” nevroloji sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə tanış olub.
Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün “Günəşli” sanatoriyası olduqca əlverişlidir. Sanatoriyada yod-brom vannaları, naftalan və parafin terapiyaları, təbii palçıq vasitəsilə müalicə mövcuddur.
AHİK sədri “Qaranquş” uroloji sanatoriyasında da olub. Məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən sanatoriyada Çıraqqala təbii mənbəyinin müalicəvi mineral suyu uroloji xəstəliklərin müvəffəqiyyətli müalicəsinə zəmin yaradır. Həmçinin pasiyentlər təbii müalicəvi palçıq və mineral yod-bromlu su ilə müalicə olunurlar.
Buzovna qəsəbəsində yerləşən AHİK-in “Şəki” istirahət mərkəzinə gələn Sahib Məmmədov burada da əraziyə, korpuslara baxış keçirib, istirahət üçün yaradılmış şəraitlə tanış olub.
Sonda Konfederasiya sədri “Bilgəh” kardioloji sanatoriyasına gəlib və ona bildirilib ki, burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana, həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir.
S.Məmmədov sanatoriyalarda olarkən müalicə alanlarla da görüşüb, vəziyyətləri ilə maraqlanıb, rəy və təkliflərini dinləyib. Bildirib ki, üzvlərinin sağlamlıqlarının qorunması, istirahətlərinin səmərəli təşkili həmkarlar ittifaqlarının əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, ildən-ilə sanatoriyaların maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, eyni zamanda, təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır.
AHİK sədri, həmçinin göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, sanitar və texniki təhlükəsizlik qaydalarına əməl olunması və ərazilərin yaşıllaşdırılmasının vacibliyi barədə sanatoriyaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44

