Azərbaycan regionda davamlı sabitliyin formalaşması üçün konkret addımlar atır
17.07.2026 [17:24]
IV Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin çıxışı ilə təkcə media gündəminin deyil, bütövlükdə Cənubi Qafqazın və Avrasiya məkanının gələcək inkişaf istiqamətlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrildi. “Medianın sülhün təşviqində rolu: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forumda dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu, milli maraqlara əsaslanan xarici siyasət kursunun ardıcıllığını və ölkənin strateji baxışını bir daha nümayiş etdirdi. Forumda 53 ölkədən 160-a yaxın nümayəndənin, onlarla beynəlxalq media qurumunun və təşkilatın iştirakı bu platformanın artıq qlobal dialoq məkanına çevrildiyini göstərdi. Forumun əsas mövzusu media olsa da, Prezident İlham Əliyevin çıxışı informasiya təhlükəsizliyi və həqiqətin müdafiəsi məsələlərinə də strateji yanaşmanı ortaya qoydu. Müasir dövrdə dezinformasiya, informasiya manipulyasiyası və rəqəmsal təhdidlər dövlətlərin milli təhlükəsizliyinə birbaşa təsir göstərən amillərə çevrilib. Bu baxımdan forumda medianın məsuliyyəti, peşəkar jurnalistikanın əhəmiyyəti və süni intellekt dövründə informasiya etikasının qorunması ilə bağlı səsləndirilən fikirlər qlobal çağırışlara verilən mühüm cavab kimi qiymətləndirilə bilər.Prezident İlham Əliyevin çıxışı həm də Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun davam etdiyini göstərdi. Müxtəlif beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və milli maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsi, ölkənin müstəqil qərarvermə prinsipinə sadiqliyi Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirən əsas amillərdəndir. Bu gün Azərbaycan qlobal enerji, nəqliyyat və geosiyasi layihələrin etibarlı iştirakçısı olmaqla yanaşı, regional sabitliyin qorunmasına töhfə verən aparıcı aktor kimi çıxış edir. Dövlət başçısının çıxışında enerji təhlükəsizliyi məsələləri də xüsusi yer tutdu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun getdikcə artdığı, yeni enerji layihələrinin uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyi vurğulandı. Bu yanaşma göstərir ki, enerji siyasəti artıq yalnız iqtisadi məsələ deyil, beynəlxalq təhlükəsizlik və geosiyasi sabitliyin mühüm elementidir. Prezident İlham Əliyevin çıxışının əsas siyasi xətti ondan ibarət idi ki, Azərbaycan artıq yalnız regional proseslərin iştirakçısı deyil, həmin proseslərin istiqamətini müəyyən edən dövlətlərdən biridir. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin nümayiş etdirilməsi, Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın postmünaqişə dövrünü uğurla idarə etdiyini və dağıntılar məkanını inkişaf modelinə çevirdiyini göstərir. Bu yanaşma həm də Azərbaycanın sülh gündəminin praktik nəticələrini beynəlxalq ictimaiyyətə nümayiş etdirən mühüm siyasi mesajdır. Çıxış zamanı diqqət çəkən məqamlardan biri Azərbaycanın sülh prosesinə sadiqliyinin və regionda kommunikasiyaların açılmasına verdiyi əhəmiyyətin vurğulanması idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan regionda davamlı sabitliyin formalaşması üçün konkret addımlar atır, nəqliyyat və logistika marşrutlarının genişləndirilməsi isə yalnız iqtisadi deyil, həm də siyasi etimadın möhkəmlənməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın qarşıdurma deyil, əməkdaşlıq modelini irəli sürdüyünü nümayiş etdirir. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı təkcə forum iştirakçılarına ünvanlanan siyasi mesajlar toplusu deyil, Azərbaycanın gələcək inkişaf prioritetlərini və beynəlxalq münasibətlər sistemində tutduğu mövqeni əks etdirən mühüm strateji sənəd xarakteri daşıyır. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan müharibədən sonrakı dövrü uğurla idarə edən, sülh təşəbbüslərini təşviq edən, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə verən, informasiya məkanında həqiqətin müdafiəsini vacib hesab edən və milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi beynəlxalq gündəmdə mövqeyini daha da möhkəmləndirir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34

