Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi yenilənib
05.08.2024 [13:15]
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu fəaliyyətini Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icrası üzrə uğurla davam etdirir.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Yol Xəritəsinin kommersiya işlərinə baxılması müddətləri ilə bağlı hesabatlılıq və hakimlərin gender faktoru üzrə statistik hesabatların verilməsi tədbirlərinin icrası ilə əlaqədar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsi yenilənib.
Geniş auditoriyanın məhkəmə statistikası sahəsində məlumatlara əlçatanlığının təmin edilməsi məqsədi ilə İşçi Qrupun fəaliyyəti çərçivəsində məhkəmələr tərəfindən icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin sayı barədə 2022 və 2023-cü illəri əhatə edən statistik məlumatlar Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində (https://courts.gov.az/courtStatistics) “Daxil olmuş işlər (Incoming cases)” başlığı altında Ali Məhkəmə, apellyasiya instansiyası məhkəmələri və hər bir kommersiya məhkəməsi üçün ayrılıqda yerləşdirilib.
Bundan başqa icraata daxil olmuş və həll olunmuş müxtəlif kateqoriyalı kommersiya işlərinin bitmə əmsalı (clearance rate) və işlərə baxılma müddəti (disposition time) barədə 2022-2024-cü illəri əhatə edən statislik hesabatlar da hazırlanaraq Vahid Məhkəmə Portalının adıçəkilən bölməsində (https://courts.gov.az/courtStatistics) müvafiq olaraq “Clearence rate (İşlərin bitmə əmsalı)” və “Disposition time (Məhkəmə işinə baxılma müddəti)” başlıqları altında hər bir kommersiya məhkəməsi üzrə yerləşdirilib.
Həmin hesabat 2022-2024-cü illər üçün ayrı-ayrı rüblər üzrə göstəricililər şəklində də təsnifatlaşdırılıb.
Bununla yanaşı statistikanın hazırlanmasında əsas götürülmüş metodologiya da ictimaiyyətin məlumatlandırılması məqsədi ilə həmin bölmədə öz əksini tapıb.
Hakimlərin gender faktoru üzrə dəqiq statistik hesabatların verilməsi məqsədi ilə Vahid Məhkəmə Portalının “Məhkəmə statistikası” bölməsində (https://courts.gov.az/courtStatistics) “Distribution of judges by gender (Hakimlərin cinsə görə bölgüsü)” başlığı altında birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri üzrə hakimlərin ümumi sayını və onlardan qadın və kişi hakimlərin bölgüsünü əhatə edən statistik məlumatlar yerləşdirilib.
Bu statistik məlumat Ali Məhkəmə və apellyasiya məhkəmələrinin kollegiyaları üzrə, habelə birinci instansiya məhkəmələri üzrə isə rayon (şəhər) məhkəmələri və ixtisaslaşdırılmış məhkəmələr olmaqla ayrılıqda təsnifatlaşdırılıb.
Hazırlanmış statistikaya cəmiyyətin müxtəlif kateqoriyalarının əlçatanlığının təmin edilməsi məqsədi ilə göstərilən bütün məlumatlar Portalda azərbaycan dili ilə yanaşı, ingilis dilində də yerləşdirilib.
Məlumat üçün qeyd edək ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24

