Çimərlik mövsümü gəlir...
07.06.2024 [10:55]
Hazırlıqlar nə yerdədir?
Çimərlik mövsümünün rəsmi olaraq başlamasına sayılı günlər qalıb. Məlumdur ki, ölkəmizdə çimərlik mövsümü hər il iyun ayının 15-dən başlayır. Ayın 15-nə qədər isə sahillər tullantılardan təmizlənir, dəniz suyunun monitorinqi aparılır, təhlükəsizlik tədbirləri görülür. Bundan başqa, çirklənmə səviyyəsinin yüksək olduğu çimərliklər barədə əhaliyə məlumat verilir.
Əslində ölkəmizdə çimərlik mövsümü o qədər də uzun çəkmir, təxminən 2 aya qədər davam edir. Çünki şimaldan daxil olan soyuq sular Xəzərdə suyun temperaturunu aşağı salır. Ona görə də insanlar çimərlik mövsümünün qısamüddətli olduğunu nəzərə alaraq həmin imkandan mümkün qədər çox yararlanmaq istəyirlər.
İsti havalarda sərinləmək üçün üz tutduğumuz çimərliklərin təmizliyi mühüm rol oynayır. Mövsümə hazırlıq zamanı sahil zolaqları təmizlənir. Amma dənizə üz tutanlar da ətraf mühitin təmizliyinə riayət etməli, tullantıları dənizə və ya çimərlik ərazisinə atmamalıdırlar. Yəni çimərliklərin təmizliyi özümüzdən asılıdır.
Bundan əlavə, təhlükəsizlik qaydalarına əməl olunmalıdır ki, dəniz sahilində istirahət və əyləncə bədbəxt sonluqla nəticələnməsin. Ona görə də nəzarətsiz çimərliklərdən istifadə edilməməlidir, həmçinin hava qaraldıqdan sonra suya girmək olduqca təhlükəlidir.
Hazırlıq işləri görülüb...
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, çimərlik mövsümü ilə əlaqədar paytaxtın sahilkənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri görülüb. BŞİH-dən qeyd olunub ki, çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb: “Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərlik ərazilərinə yeni qum qatı salınıb, buradakı inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb. Bu çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar qaydaya salınıb”.
BŞİH-dən həmçinin bildirilib ki, rəsmi çimərlik olmayan ərazilər də nəzarətdən kənarda qalmayıb: “Rayon icra hakimiyyətləri, kommunal xidmətlər mövsüm ərzində bu ərazilərin təmizliyini nəzarətdə saxlayacaqlar. İctimai çimərliklərdə isə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılıb”.
Təhlükəsizlik tədbirləri də vacibdir
Qeyd edək ki, yayda çimərlik ərazisində dincələnlərin, dənizdə üzənlərin təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nəzarət edir. Xidmətdən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülüb: “Aprel ayından etibarən Abşeron yarımadasında mövcud sahilboyu ərazilərdə aidiyyəti yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlər ölkənin digər şəhər və rayonlarının sahilboyu ərazilərində də aparılıb. Monitorinqlər zamanı çimərlik operatorlarına sularda təhlükəsizlik qaydalarını özündə ehtiva edən bildirişlər paylanılır. Daha sonra icra hakimiyyətlərində aidiyyəti qurumların iştirakı ilə işçi müşavirələr keçirilərək monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilir.
Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, həmçinin dalğıc-axtarış əməliyyatlarında istifadə olunacaq avadanlıqlar işlək vəziyyətə gətirilib. İyun ayının 10-dan xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi lövhələr yerləşdirilib”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47

