Gələcəyimizə saplanmış “bıçaq”...
19.04.2024 [10:50]
“Yeni gənclik” hara gedir?
Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsi birmənalı şəkildə ciddi platforma hesab edilmir. Hətta müxtəlif zamanlarda ölkəmizdə bu platformanın bloklanması gündəmə gətirilsə də, bəzi internet-media ekspertləri arasında fikir ayrılıqları oldu. Belə ki, bir çox ekspertin fikrincə, “Tik-Tok” dünyada ən populyar sosial şəbəkələrindən biridir. Gənclər populyarlıq qazanmaq və bəyənilmək üçün bir dəstək axtarırlar. Ona görə də məşhur olmağın yolunu sosial şəbəkələrdə axtarırlar.
Digər ekspertlər isə bu platformanın mənəvi dəyərlərimizə zərbə vurduğunu, yeniyetmələrin, gənclərin, hətta azyaşlı uşaqların “Tik-Tok” bəlasından qurtulmasının vacibliyini bildirirlər. Məsələn, “Tik-tok”da olan əksər videolara milyonlarla baxış var. Acınacaqlısı isə budur ki, sözügedən videoların məğzi bayağı mövzular, mənəvi dəyərlərimizə mənfi təsir edən amillərdən ibarətdir.
“Tik-Tok”un cəmiyyətimizə vurduğu zərbələrlə bağlı çoxsaylı arqumentlər gətirə bilərik. Bu məqamlardan biri də, son zamanlar bir çox gənclərin bu platformaya iş yeri, qazanc mənbəyi kimi baxmasıdır. Bu gənclər içində jurnalistika fakültəsinin tələbləri də var. Təəssüf ki, həmin tələbələrin bəzisi “Tik-Tok”u sosial media hesab etdikləri üçün müxtəlif videolar çəkərək jurnalist kimi fəaliyyət göstərdiklərini düşünürlər.
Psixoloji narkomaniyaya düçar olan gənclər...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Sahib Altay bildirib ki, bu sahədə getdikcə acınacaqlı hallar baş verir. Onun sözlərinə görə, gənclər və yeniyetmələr kütləvi şəkildə psixoloji narkomaniyaya düçar olublar: “Sosial şəbəkələrdə hər cür biabırçılıqlar var. Təəssüf ki, gənclərin əksəriyyəti dəstək, bəyənmə, pul qazanmaq üçün ağla gələn-gəlməyən qeyri-etik, əxlaqsız hərəkətlər etməyə başlayıblar. Bu artıq faktdır və artmaqda olan tendensiyadır. Bütün dünyada, Azərbaycanda sosial şəbəkələrdə istifadə üçün tələblər var. Lakin riayət olunmur. Bizimkilər çox rahat şəkildə qeydiyyatdan keçirlər və üzv olurlar. Yaşlarını böyük göstərirlər və bu metod effekt vermir. İki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində, digəri isə cəmiyyətin özüdür. Normal, ağıllı cəmiyyət belə kanalları sadəcə olaraq, şikayət edir, bloklayır. Beləliklə sıradan çıxırlar. Nədənsə cəmiyyətimiz bu çıxış yolundan istifadə etmir. Etiraf edək ki, bəzən milli dəyərlərimizə zərbə vuran bayağı videolara baxış sayı çox olur. Halbuki belə videoları təbliğ edən “Tik-Tok” kanallarının bloklanması üçün təbliğat aparmalıyıq”.
Hansı tədbirlər görülməlidir?
S.Altay çıxış yollarından biri kimi inzibati qaydalara əməl edilərək xüsusi bir qanunla platformanın qadağan edilməli olduğunu vurğulayıb: “Sərt cəza tədbirləri görülməlidir. 18 yaşa qədər, ən pis halda 16 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olunması qadağan olunmalıdır. Əgər üzv olunma halları aşkar olunarsa, ciddi cəzalar olmalıdır. Dövlət müəyyən texniki tətbiqlər ilə məsələni nəzarətdə saxlamalıdır. Bir çox ölkədə belə qadağalar var. Hətta Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında və xüsusilə Çində “Tik-Tok” üzərində müəyyən alqoritmlər vasitəsilə yaş məhdudiyyətinə qadağalar qoyulub. Ümumiyyətlə, Çin əhalisinin “Tik-Tok”dan istifadə müddətinə məhdudiyyət qoyulub. Burada şəxs 40 dəqiqədən artıq “Tik-Tok”da videolara baxa bilmir. Ən əsası xüsusi bir alqoritm vasitəsilə elə sistem qurulub ki, Çin auditoriyası “Tik-Tok”dakı ancaq faydalı kontentləri görür. Elmi və təhsil ilə bağlı faydalı məlumatları görə bilir. Digər zərərli kontentləri görmür. Belə bir texnologiyaya imkanlar var ki, müdaxilələr olunsun. Bu şəkildə, hər-hansı bir formada məsələ tənzimlənməlidir. Əks halda tamamilə biabırçılıq olacaq”.
Normal cəmiyyət olmaq istəyiriksə...
Sosioloqun sözlərinə görə, gənclər elm arxasınca getmək, dil öyrənmək və inkişaf etmək əvəzinə sadəcə, telefonu götürüb biabırçı videolar çəkirlər:
“Təəssüf ki, qeyri-etik hərəkətlər ilə tanınmaq istəyir, özlərinə diqqət qazanmaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Bizim gördüyümüz bir neçə fakt hələ ictimailəşən faktlardır. Əslində, məsələ daha pisdir. Qarşısını almaq istəyiriksə, tədbir görməliyik. İstəmiriksə, şikayətlənməyə dəyməz. Normal cəmiyyət olmaq istəyiriksə, bu kanalları bağlamalı və blok etməliyik. İfşa etməli və sıradan çıxarmalıyıq. Texniki olaraq imkanlar var. Xüsusi qanun qəbul edilməli və yanaşma olmalıdır.
Son zamanlarda bəzi cəzalanma hadisələri var. Bu təqdirəlayiqdir və müsbət qiymətləndirirəm. Bunu artırmaq lazımdır ki, mənəvi dəyərlərə zidd olan təbliğatlar, paylaşımlar, özbaşınalıq, müasirlik adından istifadə edənlər cəzalandırılsın”.
Sosial şəbəkələr “bıçaq” kimidir...
S.Altay bildirib ki, texnologiya ancaq müsbət istiqamətdə yaxşıdır, ancaq mənfi yönümlü istifadə edəcəyiksə bu bizə heç bir fayda verməyəcək: “Normal və müasir inkişaf etmiş ölkələrdə gənclər və yeniyetmələr öz gələcəkləri üzərində işləyirlər. Bizdə isə tam əksinə tendensiya gedir. Təbii ki, istər jurnalistika fakültəsinin, istərsə də digər tələbələrin sosial şəbəkələrdə, internetdən istifadə etməsi normaldır. Lakin həmin gənclər özlərini inkişaf etdirmək üçün internetdən istifadə etməlidirlər. “Tik-Tok” kimi platformada hansı jurnalistika fəaliyyətindən söhbət gedə bilər ki?. İnternet və sosial şəbəkələr bir növ “bıçaq” kimidir. Yaxşı və pis istiqamətdə istifadə etmək mümkündür. Bizdə daha çox pis tərəf istifadə olunur. Fakt ortadadır, bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atmaq lazımdır. Əks halda vəziyyət daha da pisləşəcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 22:08
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27

