Azərbaycan tarixinin dönüş nöqtəsi
10.07.2012 [23:34]
1969-cu ilin 14 iyulu Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir. çünki həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də, müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici oldu.
Belə ki, Azərbaycan rəhbərliyinə gəlişindən dərhal sonra Ulu öndər ölkədə həmin dövrlərdə geniş yayılan rüşvətxorluq, vəzifədən sui-istifadə və digər qanunsuzluqlara qarşı mübarizəyə başladı. Onun başçılıq etdiyi Mərkəzi Komitənin qərarları bir-birinin ardınca mətbuatda dərc edilirdi. Ulu öndərin birbaşa nəzarəti və göstərişləri əsasında, həm respublika, həm də şəhər və rayonlar səviyyəsində özbaşınalıqla məşğul olan rəhbər şəxslər barəsində təsirli tədbirlər görüldü.
ölkə əhalisi Ulu öndərə rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Onun ən çox diqqət yetirdiyi məsələlərdən biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Düzgün kadr siyasətinə xüsusi diqqət ayıran Ulu öndər xüsusi olaraq rəhbər vəzifələrə azərbaycanlıları cəlb edirdi.
Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq hisslərinə sadiqliyini qoruyub saxlayan Ulu öndər ölkədə Ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.
Xalqın milli şüurunun formalaşdırılması ilə yanaşı, Ulu öndər ölkənin sosial-iqtisadi inkişafına da böyük diqqət ayırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu sayəsində Bakıda həmin dövr üçün çox böyük əhəmiyyətə malik olan kondisioner zavodu inşa olundu. 1970-ci illərdə respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi.
ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkədə elmin inkişafına da böyük diqqət yetirdi. Ulu öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Ulu öndərin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişinin Azərbaycanın taleyində nə qədər böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, məlum olduğu kimi, Heydər Əliyevin Azərbaycanın bütün regionlarında, eləcə də, ermənilərin göz dikdiyi torpaqlarımızda həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri, Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsi qarşısına sədd çəkməsi ermənilərin və imperiya rəhbərlərinin mənfur planlarına əngəl törədirdi. Bu səbəbdən də, 1982-ci ildə Moskvaya çağırılan Ulu öndər bu yolla Azərbaycanın rəhbərliyindən uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldı. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşayırdı. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü. Lakin xoşbəxtlikdən Azərbaycan xalqı ümummilli lideri, Onun ölkə üçün gördüyü işləri unutmamışdı. Belə bir çətin məqamda Azərbaycanı xilas edə biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Qəlbi Azərbaycanla bir döyünən Ulu öndər də bu məqamda üzərinə olduqca ağır və məsuliyyətli işi götürməyin vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli çağırışı sayəsində Ulu öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdı. Elə həmin dövrdən ölkənin müstəqil inkişaf yolunda yeni mərhələyə qədəm qoyuldu.
Bu gün müstəqil Azərbaycan Respublikası gələcəyə doğru inamla irəliləyir. Azərbaycanın nail olduğu iqtisadi uğurlar, beynəlxalq əməkdaşlıq və müsbət imic ölkənin regional və qlobal miqyasda mövqeyini gücləndirib. Ulu öndərin siyasətinin hər bir sahədə uğurla davam etdirilməsi özünü doğrultmaqdadır. Sevindirici haldır ki, bu gün Heydər Əliyev irsi yaşayır və Onun qoyduğu ənənələrin davam etdirilməsi Azərbaycanın bundan sonrakı rifah və inkişafının əsas təkanverici qüvvəsi olacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

