Qisasını daş heykəldən alan Fransa
12.03.2024 [10:35]
Özünü hər nə qədər güclü və qüdrətli dövlət saysa da, indiki Fransanın siyasətində bundan əsər-əlamət hiss olunmur. Əksinə biz bu ölkənin siyasətində bir sıra hallarda çox cılız məqamlara geniş yer verildiyinin şahidi oluruq. Makron iqtidarının zamanında bu ölkənin Evian-le-Bən şəhərində ucaldılmış Azərbaycan şairəsi Natəvanın heykəlini təhqirlərə məruz qoymasını da bu baxımdan dəyərləndirmək mümkündür. Azərbaycan Parisin yürütdüyü antidemokratik və antihumanist siyasəti ifşa edir, XXI əsrdə Fransanın neokolonializm siyasətinə yer olmadığını bildirir və bu ideyaların təşviqi üçün praktiki addımlar atır, Afrikanın ayrı-ayrı ölkələrində genişlənən azadlıq mübarizəsinə mənəvi-siyasi dəstək göstərir. Ölkəmizin ortaya qoyduğu belə qətiyyətli mövqe Fransada qəzəblə qarşılanır. Azərbaycana təzyiq göstərmək imkanında olmayan E.Makron iqtidarı öz heyfini azərbaycanlı şairənin heykəlindən çıxmağa çalışır.
Heykəl qadın azadlığını və dostluğu təcəssüm etdirsə də...
Zamanında Fransanın Evian-le-Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir çox şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb.
Şəhərdə yaradılan “Azərbaycan parkı”nda Natəvanın abidəsinin ucaldılması da təsadüfi deyil. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi dünyaca məşhur klassik əsərlərin müəllifi olan fransız yazıçısı Aleksandr Düma 1858-1859-cu illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycanda qalıb və bir sıra əraziləri gəzib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Əsərdə yazıçının Azərbaycan şairəsi ilə tanışlığı da təsvir olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Bu zaman Natəvan Dümadan yaşca xeyli kiçik idi. Onun cəmi 26, Dümanın isə 56 yaşı var idi. Sonradan Natəvanla Dümanın bu tarixi görüşü bir sıra bədii əsərlərin mövzusuna çevrilib...
Evian-le-Bən şəhərində yaradılan “Azərbaycan parkı”nda Natəvanın heykəlinin ucaldılması da məhz bu görüşdən qaynaqlanır. Bununla ideya müəllifləri dostluq əlaqələrinin tarixi zəminə və ən əsası heç vaxt dəyərini itirməyəcək mədəniyyət və dostluq amilinə əsaslandığını önə çəkmək istəyiblər.
Eyni zamanda, Fransada Natəvanın abidəsinin ucaldılması qadın azadlığını simvolizə edir. Bunu Fransa cəmiyyətinin təmsilçiləri də bildiriblər. Ancaq belə görünür ki, qisasçı E.Makron iqtidarı üçün dostluq və qadın azadlığı dəyərləri heç bir önəm daşımır. Ötən ilin sonlarında Evian-le-Bən şəhərində salınmış “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazılar yığışdırılıb. Həmçinin Natəvanın buradakı abidəsi təhqir olunub. Sonradan şəhərin meriyası abidəni “qorumağın” original üsulunu tapdı - daş heykəli ağ parça ilə bürüdü. Bu günlərdə isə heykəldən təzə xəbər gəlib. Belə ki, Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəl Evian-le-Bən şəhərindən martın 4-də götürülüb.
Fransada təhqirə məruz qalan daha bir abidə
Pis nümunə tez yayılır. Azərbaycan şairəsi Natəvanın heykəlindən sonra Fransada daha bir abidə təhqirlərə məruz qalıb. Vandallar La Roş-sür-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simone Veilin abidəsinə qarşı vandallıq ediblər. Hücum edənlər abidənin yanına qırmızı boya töküb və ayaqları tərəfə körpə gəlinciklər atıblar. Baş verənlərdən polisə şikayət edilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43

