Müxalifətin Lorin təsəllisi və ya antimilli qüvvələrin iç üzü...
25.05.2012 [00:28]
Radikal müxalifət düşərgəsinin bəzi xarici anti-Azərbaycan dairələrlə və ermənipərəst qüvvələrlə birgə antimilli siyasət apardığı artıq hər kəsə bəllidir. Bu arada isə, düşərgənin “Eurovision-2012” musiqi yarışmasını siyasiləşdirmək cəhdi ilə bağlı növbəti fakt ortaya çıxıb. APA-nın yaydığı xəbərə görə, mayın 22-də Bakıdakı “Villa Petroleum”da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson bu ölkəni “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) görüşüb. Məlumatlı mənbənin APA-ya verdiyi məlumata görə, görüş təkcə tanışlıq xarakteri daşımayıb. Səfir Lorindən “Eurovision” səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Məlumatlara görə, səfirlə müğənninin görüşündə İctimai Palatanın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak ediblər. Mənbə deyib ki, “səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi” olub. Sonradan isə radikal düşərgə təmsilçiləri bu faktı danaraq guya onların yanında belə söhbətin olmadığını iddia ediblər.
Qeyd etmək yerinə düşər ki, hələ “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin, radikal müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə çağırmışdılar. Hətta İsa Qəmbər öz çıxışlarında bəzi “avropalı dostlarının” “Eurovision-2012” musiqi yarışmasını boykot çağırışlarını da dəstəkləmişdi. Sonradan onlar bu cəhdlərini dansalar da, görünən budur ki, radikal düşərgə öz antimilli siyasətinə son vermək istəmir. Bu kimi faktlar İsa Qəmbər və Əli Kərimlinin xalqın, dövlətin maraqlarına qarşı mövqe tutmaqda davam etdiyini göstərir. Onların apardıqları bu çirkin oyunlar isə elə “ümid bəslədikləri” xarici müğənnilər tərəfindən rədd edilir.
Məsələ ilə bağlı, KİV-ə açıqlamasında Azərbaycan Prezidenti Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bunu “müsabiqəni siyasiləşdirmək cəhdi” adlandırıb. Ə.Həsənov bildirib ki, istər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun, musiqi yarışmasını siyasiləşdirmək olmaz: “Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışmaçısı arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək”.
PA rəsmisinin sözlərinə görə, görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən, bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə “Eurovision” yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik edilməsi bəlli məqsədlərlə edilə bilər və bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik.
Lorindən imdad diləyən müxalifət...
Bəli, düz bir ilə yaxındır ki, anti-”Eurovision” kampaniyası aparan və bu yolda hər kəslə işbirliyinə gedən, hətta erməni ilə ittifaqa girənlər, ölkədə icazəli-icazəsiz mitinqlər təşkil etməyə cəhd göstərənlər, özlərini dağa-daşa salanlar, heç nəyin onların işinə yaramadığını gördülər. Keçirdikləri icazəli “mitinqlərə” 100-200 adam çıxara bilməyən və nəticədə xarici ağalarının qarşısında biabır olan radikal düşərgə daha sonra icazəsiz aksiyalara əl atdı. Burada da gülünc günə qalandan sonra, antiazərbaycançı dairələrə yalvarıb Azərbaycana gələn müğənnilərlə görüş istədilər. Onların Lorinlə görüşləri də elə imdad diləyişindən ötə bir şey deyil. Adını siyasi qüvvələr qoyan İsa Qəmbər və Əli Kərimli kimilərinin ümidi Lorinə qalıb. Onlar sadəcə bununla öz acizliklərini büruzə verirlər, ki, guya Lorin onların dediklərini təkrarlasa, onlar təsəlli tapacaqlar. Artıq əlləri hər yandan üzülən, Bakıda reallaşan yarışmaya hər hansı bir təxribatla kölgə sala bilmədiyini görən radikal düşərgənin bu cür gülünc variantlara əl atması seldə saman çöpündən yapışmağa bənzəyir...
İsa Qəmbərlə Əli Kərimli o günə qalıb ki, siyasi “problem”lərini xaricdən gələn gənc bir müğənni ilə bölüşürlər
Əslində, radikal müxalifətin bu addımı, düşərgə təmsilçilərinin Lorinin dizlərinə qapanıb imdad diləməsi onların hansı duruma, hansı vəziyyətə düşdüyünün göstəricisidir. özünü ciddi siyasətçi adlandıran, hətta belə demək mümkündürsə, hakimiyyətə iddia edən birisinin xarici ölkədən olan bir gəncdən imdad diləməsi, oturub onunla siyasi “problem” müzakirə etməsinin özü radikalların “ciddilliyinin” dərəcəsinin göstəricisidir. Artıq Azərbaycan xalqında Qərbə, Şərqə, dünyanın hansı məkanına, təşkilatına gəldi “donoslar” yazan, hədyanlar söyləyən, yalanlar danışan radikal düşərgə elə bir vəziyyətə düşüb ki, özünə müsahib kimi bu gənc müğənnini tapıb. Musiqiçi bir gəncə öz siyasi yalanlarını təbliğ etmək istəyirlər. Görəsən, budurmu Əli Kərimli ilə İsa Qəmbərin apardığı “ciddi siyasət”? Əslində, həm Əli Kərimli, həm də İsa Qəmbər yenə də dövlətini, xalqını harada gəldi biabır etməyə, harada, kiminlə gəldi müzakirə etməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Bu gün dünyaya səs salan, dünyanın aparıcı beynəlxalq təşkilatlarına rəhbərlik edən dövlətimiz və xalqımız üçün bu, təhqirdir...
Amma görünür ki, artıq qapısının kandarını yağır elədikləri səfirlər İsa Qəmbəri və Əli Kərimlini yaxasından qoparıb. Hər zaman bildirmişik ki, radikal düşərgə rəhbərləri, sadəcə, Azərbaycana təzyiq kampaniyasında “vasitə” kimi realizə olunub. Bu baxımdan, xarici antiazərbaycançı dairələr bu dəfə də məğlub olduqlarını görüb, İsa Qəmbər və Əli Kərimli ilə “vidalaşdılar”... Radikalların da təsəllisi və məsləhət yeri sonda gənc Lorin oldu... Bu da son!
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23

