Erməni kilsəsinin terror üzü...
11.01.2024 [11:19]
II Qaregin - VOMA “əməkdaşlığı” nəyə hesablanıb?
Ermənistanda daxili vəziyyət yenidən məqsədli şəkildə gərginləşdirilir. Son dövrlərdə aktuallaşan sülh müqaviləsi məsələsi, xüsusilə yeni təkliflərin qarşılıqlı mübadiləsi və müvafiq delimitasiya komissiyalarının vasitəçisiz görüşü “revanşist qrupları” yenidən hərəkətə gətirib. Qeyd edilməlidir ki, bu revanşistlərin arasında son zamanlarda ənənəvi müxalifət arxa plana keçirilir - onların yerini terror qrupları və kilsə tutmağa başlayır. Erməni mətbuatı bu iki “birliyin” artıq koordinasiyalı şəkildə fəaliyyətə qərar verdiyi versiyasını irəli sürür. Erməni katalikosu II Qareginin Nikol Paşinyanın siyasi hakimiyyətini əvvəldən qəbul etmədiyi sirr deyil. II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra isə bu “döyüş” kifayət qədər açıq xarakter alıb - II Qaregin 2020-ci ilin dekabrında dini ayin zamanı baş nazir Nikol Paşinyanı istefa verməyə çağırmışdı. Ötən dövrdə isə münasibətlər daha da pisləşmişdi - belə ki, ötən ilin aprelində II Qaregin baş naziri Nikol Paşinyanın istefa verməsi ilə bağlı etdiyi çağırışın müddətsiz olduğunu bildirmişdi.
Qareginlə Paşinyanın “savaşı”...
II Qaregin erməni xalqını baş nazirə qarşı qaldırmaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmir - hətta bu məsələdə dindən də sui-istifadə hallarına rast gəlinir. Yeri gəlmişkən, siyasi hakimiyyət də Qaregini “cəzalandırmaqdan” vaz keçmir - məsələn, Eçmiədzin (Üçkilsə) kafedralının təmirdən sonra açılışı gecikdirilir. Bu barədə də Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. “Eçmiədzin kilsəsində təmir işlərinin 2022-ci ildə tamamlanması nəzərdə tutulsa da, açılışı 2023-cü ildə baş tutmayıb. Kilsənin 2023-cü il oktyabrın 1-nə planlaşdırılan xeyir-dua mərasimi də təxirə salınıb. Düzdür, gecikmənin 2023-cü ildə də “davam etməsi” Qarabağda baş verən antiterror əməliyyatı ilə əlaqələndirilir. Amma nəzərə alınmalıdır ki, kafedral kilsə “təmir olunduğuna görə” artıq yeddinci ildir ki, bütün mərasimlərə bağlanıb. Görünən budur ki, Paşinyan-Qaregin döyüşü yenidən qızışır.
Katalikosun yeni “çıxış yolu”...
Vurğulayaq ki, 2022-ci ildə ənənəvi revanşist müxalifət ilə gizli sövdələşməyə gedən II Qaregin Paşinyanın istefasına nail ola bilməmişdi. Paşinyanı sivill və siyasi yolla “kreslosundan” edə bilməyəcəyini anlayan II Qaregin çıxış yolunu terror qruplaşmaları ilə işbirliyində tapıb. Yayılan xəbərlərə görə, katalikos revanşizm virusu yaymaq üçün erməni terror təşkilatı VOMA ilə əməkdaşlığa başlayıb. Qaregindən dəstək alan VOMA isə Göyçə bölgəsində yaşayan erməniləri dağlarda döyüş təcrübəsi keçməyə dəvət edən “çağırış” edib. Erməni teleqram kanallarında yayılan videogörüntülərdə bu təlimlə bağlı detallar da öz əksini tapıb.
Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində VOMA-nın Qareginin “patronajlığına” keçdiyi bildirilir. Erməni katalikosun məhz bu silahlı terror dəstəsi vasitəsilə Paşinyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir.
VOMA - “sağqalmaq sənəti”, yoxsa dini alət?
Xatırladaq ki, VOMA II Qarabağ müharibəsindən öncə və müharibə dövründə muzdlulara təlim keçirilməsini təşkil edən təşkilatlardan biri kimi fəaliyyətə başlamışdı. VOMA (Voxj Mnalu Arvest - “Sağ qalmaq sənəti”) adlanan bu terror təşkilat Ermənistanın “düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan etmişdi. Təşkilatın saytında (www.voma.am) iddia edilir ki, VOMA dövlətə bağlı təsisat deyil. Amma maraqlıdır ki, klubun üzvləri nəzəri biliklərdən əlavə həm də vaxtilə qondarma xuntanın nəzarətində olan Qarabağ bölgəsində hərbi təlimlər təşkil edirdilər. Vurğulayaq ki, vaxtilə Ermənistan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə yaradılan şirkətin müharibə dövründə rəhbəri Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı Vova Vartanov olmuşdu. “Şirkət” müharibə dövründə də dünya ermənilərini “Qarabağdakı savaşa” səsləmiş və müxtəlif ölkələrdən gələn ermənilərə təlimləri pulsuz keçəcəyini açıqlamışdı. Vartanov niyyətini gizlətmir, və açıqlamalarının birində qeyd edirdi. Terror təşkilatının saytında missiyaları barədə Qaregin Njdehdən belə sitat gətirilir - erməni faşistini özünə ideal seçən təşkilat yalnız ermənilərin üzv qəbul edildiyini bildirsə də, məlumatlara görə, burada qeyri-millətlərin nümayəndələri də muzdlu döyüşçü kimi də hazırlanır. Bundan başqa, terror təşkilatının əsas maliyyəsinin də Fransa tərəfindən təmin olunduğu bildirilir.
İndiki halda Qareginlə VOMA-nın eyni “hədəf” uğrunda birləşməsi maraq doğurur. Bu onu göstərir ki, tarixən erməni kilsəsi haqda söylənən fikirlər növbəti dəfə öz təsdiqini tapır - Erməni kilsələri və din xadimləri heç də bəşəri dəyərlər təbliğ etmirlər. Onların təbliğ etdikləri terror, müharibə və soyqırımlarıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

