Ermənilərin növbəti yalanı ifşa olundu
10.01.2024 [10:25]
Nardar BAYRAMLI
Ermənistan mediası Azərbaycanla bağlı yalan və qərəzli məlumatlar yaymaqda davam edir. Növbəti hədəf isə Azərbaycanla ABŞ arasında münasibətlərə zərbə vurmaqdır. Belə ki, erməni KİV-ləri iddia edib ki, ABŞ-ın Azərbaycana təyin olunmuş səfiri Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Amma ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib. Bununla bağlı səfirlik sosial şəbəkə hesabında açıqlama yayıb. “Yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-nin Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir”, - deyə açıqlamada bildirilib.
ABŞ-da olduğunu diplomat Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına təbrikində də qeyd etmişdi. Mark Libbinin Azərbaycan dilində səsləndirilən təbrikində deyilirdi: “Mən cəmi bir neçə həftə əvvəl Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Mən sizin ölkənizi daha yaxşı tanımaq niyyətindəyəm və bunu Qobustana səfər etməklə başlamaqdan çox məmnunam. Bu qədim daşüstü şəkilləri seyr edərkən mən min illər öncə burada - Cənubi Qafqazda həyatın necə olduğunu təsəvvürümə gətirirəm. Öncə heç zaman görmədiyim açıq vulkanların görüntüsü məni heyran etdi. Rəsmi andiçmə mərasimində iştirak etmək üçün yanvarın əvvəlində ABŞ-da olacam. Lakin 2024-cü ilin əvvəlində həyat yoldaşımla Bakıya qayıtmağı səbirsiziklə gözləyirəm. Yeni ildə mən ABŞ-ın Azərbaycandakı növbəti səfiri kimi dövlətlərimiz arasında 32 illik dostluq əlaqələrinə töhfə verməyə, habelə Azərbaycan və ABŞ-a qarşılıqlı fayda gətirən münasibətlərin gücləndirilməsi istiqamətində çalışmaq niyyətindəyəm”. Göründüyü kimi, diplomat hazırda ABŞ-dadır. Erməni mediasının məqsədi isə tərəflər arasında münasibətlərə dair yanlış rəy formalaşdırmaqdır.
Xatırladaq ki, ötən ayın 15-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbini qəbul edib. Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu vurğulayıb. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Diplomat ölkəmizə səfir təyin olunması ilə bağlı videomüraciətində isə “Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq, Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik”-deyə bildirib.
Məlumdur ki, Vaşinqton Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçilik təşəbbüsü ilə çıxış edir. Yeri gəlmişkən, APA-nın sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi Vanessa Zenji bildirib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə müntəzəm danışıq aparır. Səfirlik rəsmisi xatırladıb ki, Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı ədalətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edir: “Cənab Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir neçə əsas maraqlı tərəflərlə müntəzəm olaraq danışıqlar keçirir. Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”.
Beləliklə, döyüş meydanında Azərbaycana uduzan Ermənistan informasiya cəbhəsində ölkəmizə qarşı şər-böhtan kampaniyasını davam etdirir. Bununla beynəlxalq miqyasda ölkəmizin imicinə zərər vurmağı hədəfləsə də, erməni tərəfi heç nəyə nail ola bilmir.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

