“Yenidən İstanbul, yenidən AK Parti”
09.01.2024 [10:35]
Bələdiyyə seçkilərində hakim partiyanın namizədi Murat Kurumun qələbə şansı yüksək qiymətləndirilir
Nardar BAYRAMLI
Türkiyə mühüm siyasi hadisə ərəfəsindədir. Bu il qardaş ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi namizədləri bəlli olub. Namizədləri Türkiyə Prezidenti, AK Partinin lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən tədbirdə elan edib. Türkiyə Prezidenti partiyasının İstanbul bələdiyyəsinin sədri vəzifəsinə sabiq ətraf mühit və şəhərsalma naziri, İstanbul millət vəkili Murat Kurumun namizədliyini irəli sürdüyünü açıqlayıb. Ərdoğan AK Partinin namizədləri məsləhətləşmə, araşdırma və qiymətləndirmədən sonra müəyyən etdiyini vurğulayaraq, partiyasının seçki bəyannaməsinin yanvarın 15-də açıqlanacağını deyib.
Dövlət başçısı 11-i böyük şəhər olmaqla 26 şəhər üzrə partiyasının namizədlərini açıqlayıb. Digər böyük şəhərlər arasından Çanaqqala bələdiyyəsinin sədri vəzifəsinə deputat Jülide İskenderoğlu, Bursa bələdiyyəsinin sədri vəzifəsinə isə Alinur Aktaş göstərilib.
Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinə “Yenidən İstanbul, yenidən AK Parti” şüarı ilə qatılır. Qeyd edək ki, bir çox siyasi ekspertlər Murat Kurumun İstanbulun bələdiyyə sədri postu uğrunda mübarizədə İstanbul Böyükşəhər Bələdiyyəsinin hazırkı rəhbəri Əkrəm İmamoğluna qalib gəlmə ehtimalının yüksək olduğunu bildirirlər. Bunu da onun hələ nazir olarkən İstanbulda gördüyü işlər, şəhər əhalisi arasında nüfuzu ilə bağlayırlar. Xatırladaq ki, 2019-cu il martın 31-də müxalif Cümhuriyyət Xalq Partiyasının namizədi olan Əkrəm İmamoğlu 25 000 səs fərqi ilə AK Partinin namizədi Binəli Yıldırım üzərində qələbə qazanmışdı. AK Parti nəticələrə etiraz edərək etibarsız səslərin seçkiyə təsir etmiş ola biləcəyini önə çəkdi. Daha sonra ölkənin Ali Seçki Qurumu İstanbul Böyükşəhər Bələdiyyə seçkilərinin təkrar keçirilməsinə qərar versə də, İmamoğlu təkrar seçkilərdə də qələbə qazanaraq İstanbulu “CHP şəhəri” elan etdi.
Bütün bunların fonunda AK Partinin İstanbul Böyükşəhər Bələdiyyə rəhbəri vəzifəsinə namizədinin kimliyi böyük maraqla gözlənilirdi. Həmin namizəd Murat Kurum kimdir? Qeyd edək ki, Murat Kurum 7 may 1976-cı ildə Ankaranın Çankaya rayonunda məmur ailəsində anadan olub. Birinci sinifə Konyada gedən Murat Kurum atasının iş yerini dəyişdirməsindən sonra orta təhsilini Mardində davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Ankaraya köçən Murat Kurum orta təhsilini də elə burada tamamlayıb. Murat Kurum əvvəlcə Səlcuq Universitetinin Qida sənayesi fakültəsinə daxil olsa da, bir ildən sonra - 1995-ci ildə yenidən imtahan verərək İnşaat mühəndisliyi fakültəsinə daxil olur. Elə həyat yoldaşı Şengül xanımla da həmin illərdə tanış olur və 2000-ci ildə ailə həyatı qururlar.
Ali təhsilini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışan Kurum 2009-2018-ci illər arasında Baş Nazirlik Kütləvi Mənzil İdarəsi nəzdində fəaliyyət göstərən “Emlak Konut” qurumunun baş direktoru və İdarə Heyətinin üzvü vəzifələrində işləyib. Murat Kurum 2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ətraf mühit və şəhərsalma naziri təyin edilib. Nazirlik fəaliyyəti dövründə “yeni bir şəhərçilik” anlayışı ilə işləyən Murat Kurum aztəminatlı ailələrin də ev sahibi olmalarını asanlaşdırmaq məqsədilə sosial mənzil kampaniyaları başlatdı. 14 may 2023-cü il seçkilərinə isə AK Parti siyahısından qatılan Murat Kurum İstanbuldan millət vəkili seçilib. Murat Kurum evlidir və 3 övladı var.
İstanbul Böyük Bələdiyyəsinə namizəd olaraq Murat Kurum qələbə qazanacağına da iddialı görünür. O, ilk açıqlamasına “əsl bələdiyyəçilik hər şeydən əvvəl vətəndaşların yanında olmaq, qayğıları ilə maraqlanıb problemlərini həll etməkdir” sözləri ilə başlayıb. “Bəs, bunu kim edə bilər və edir? Təbii ki, bizim təşkilat, təbii ki, AK Parti”,-deyə Kurum bildirib.
Beləliklə, bələdiyyə seçkilərində İstanbul uğrunda ciddi mübarizə olacaq. CHP-nin nümayəndəsi Əkrəm İmamoğlu M.Kurumun timsalında güclü rəqiblə qarşı-qarşıyadır.
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43

