Qeyri-rəsmi görüş...
28.12.2023 [10:20]
“Səssiz mesaj” ünvanına çatdımı?
MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü bir sıra məqamları ilə diqqət çəkdi. Qeyd edək ki, bu görüş özündən öncəkilərdən bir sıra nüansları ilə fərqlənirdi. Belə ki, görüşün keçirildiyi məkan - Rusiya kollektiv Qərbin hədəfindədir. Artıq iki ildir ki, bu dövlətə qarşı Qərbin daraltmağa çalışdığı çəmbər özü ilə 12 fərqli statuslu sanksiya “gətirib”. Bu sanksiyalar vasitəsilə Rusiyanı iqtisadi cəhətdən bitkin hala salmağa çalışan Qərbin planları isə fikirləşdiyi kimi getmir... Ən azından, sonuncu Sankt-Peterburq görüşü bunu təsdiqləyir.
Gözləntilər və nəticələr...
Qeyd edildiyi kimi, Rusiyanı siyasi-iqtisadi cəhətdən “mühasirəyə almağa çalışan” qüvvələr bu görüşü xüsusi olaraq gözləyirdi və onların reaksiyaları da maraq doğurur - məsələn, Qərbin bəzi siyasətçiləri görüşöncəsi prosesin xüsusi əhəmiyyət daşıdığını vurğulayırdılar. Onların fikrincə, tədbirə qədərki qısa zaman müzakirələrin hansı “üslubda” keçəcəyini ortaya çıxaracaqdı.
Amma göründüyü kimi, qərbli siyasətçilərin gözləntiləri özünü doğrultmadı - istər görüşöncəsi proseslərdə, istər tədbir zamanı, istərsə də görüşdən sonrakı müddətdə hər hansı bir xüsusi gərginlik nəzərə çarpmadı. Ən əsası Rusiya tərəfi də Qərb dairələrinin tədbirə olan “həssasiyətini” bildiyi üçün daha maraqlı bir üsluba müraciət etdi - MDB dövlət başçılarına tədbirdən öncə Sankt-Peterburqdakı bəzi tarixi saraylarla tanışlıq imkanı yaradıldı. Xüsusi vurğulanmalıdır ki, bu təqdimat Qərb üçün bir mesaj xarakteri daşıyırdı. O baxımdan ki, Rusiya tərəfinin təqdim etdiyi saraylar əsasən imperiya dövrünün ən güclü vaxtlarının - XVIII-XIX əsrləri özündə əks etdirirdi. Bu isə təbii ki, Rusiyanın özünə rəqib saydığı düşərgəyə “səssiz mesajı” da sayıla bilər.
Açıq mesajlar verilmədi...
Vladimir Putinin çıxışlarından yayılan epizodlarda isə daha çox münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi kimi nüanslar yer alırdı - Qərb mətbuatının görüşdən öncəki iddialarının əksinə olaraq Rusiya heç də açıq kontekstdə mesajlar ünvanlamadı. Bunun əksinə, MDB müstəvisində əməkdaşlığın inkişafı üzrə prioritetlərin növbəti dəfə gözdən keçirilməsi prosesinin şahidi olduq.
Bu görüşü 2023-cü ilin MDB məkanı üzrə yekun - hesabat tədbiri olmaqla yanaşı, 2024-cü ildə perspektiv əməkdaşlıqların kontentinin müəyyənləşdirilməsi üçün görüş də sayanlar az deyil. Bu nöqteyi-nəzərdən də diqqət görüşün predmetlərinə yönəlmişdi. Məsələn, son dövrlərdə özünü “qərbpərəst bir yolda tapmış” Ermənistan məsələsi böyük maraqla izlənilirdi ki, burada da qeyri-adi bir hal yaşanmadı.
Azərbaycanın əməkdaşlıq prinsipləri...
Əməkdaşlıq platformaları isə hər zaman aktualdır - xüsusilə, Ermənistandan fərqli olaraq müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan və digər ölkələr üçün regional tərəfdaşlıq məsələsi yüksək önəm daşıyır. O mənadakı, baş verən kataklizmlərdə tərəf kimi yer almayan, hər zaman beynəlxalq hüququ dəstəkləyən, bütün məsələlərin sülh və əməkdaşlıq müstəvisində nəticələnməsini arzulayan Azərbaycan üçün milli maraqlar çərçivəsində və bərabərhüquqlu müstəvidə əlaqələrin inkişafı prioritet olaraq qalır. Azərbaycan qlobal dünyanın bütün dövlətləri və təşkilatları ilə səmimi münasibətdədir və üzvü olduğu təşkilatların fəal təmsilçisidir. Qeyd olunmalıdır ki, Azərbaycanın MDB müstəvisində tərəfdaşı olan ölkələrin bir çoxu fərqli platformalarda da yüksəksəviyyəli tərəfdaşıdır. Məsələn Orta Asiya dövlətləri ilə SPEKA proqramı üzrə, Türk Dövlətləri Təşkilatı platformasında və bir sıra başqa iqtisadi-siyasi müstəvilərdə yaxın əməkdaşlıq əlaqələrimiz mövcuddur. Eynilə Rusiya ilə ölkəmiz bir sıra üçtərəfli və dördtərəfli, “3+3” formatında əməkdaşlıq əlaqələrinə malikdir. Bu mənada, keçirilən görüş bütövlükdə ölkəmiz üçün yeni dövrdə özünün çoxtərəfli partnyorları ilə əlaqələrini yenidən müzakirə imkanları yaratdı.
Yeni dəvət...
Qeyd edək ki, görüş daha bir maraqlı məqamı ilə seçildi - qeyri-rəsmi görüşdə Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü ildə Kazanda keçiriləcək innovativ “Gələcəyin Oyunlar”ının açılışına dəvət etdi. “Gələn ilin fevral ayında biz Kazanda innovativ “Gələcəyin Oyunları”na ev sahibliyi edəcəyik. Bu, Rusiyanın təklif etdiyi daha dinamik idman növlərini və kiberidmanı birləşdirən idman tədbirlərinin yeni formatıdır”, - o söyləyib. “Mən hamınızı fəxri qonaq kimi 2024-cü il fevralın 21-də Kazanda keçiriləcək “Gələcəyin Oyunları”nın təntənəli açılış mərasiminə dəvət etmək istərdim”, - Rusiya Prezidenti bildirib. V.Putin həmçinin xatırladıb ki, digər böyük beynəlxalq tədbir 2024-cü il martın 1-dən 7-dək Soçidə keçiriləcək Ümumdünya Gənclər və Tələbələr Festivalı olacaq. “Bu tədbirdə dünyanın 180-dən çox ölkəsindən, o cümlədən bizim Birlik ölkələrindən gənclərin iştirak edəcəyini gözləyirik”, - o fikrini yekunlaşdırıb.
MƏNSUR
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

