Azərbaycana təzyiq cəhdləri...
27.12.2023 [10:20]
Heç bir nəticə verməyəcək
Nardar BAYRAMLI
Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib.
Ceyhun Bayramov: Müharibədən sonra BMT TŞ-da Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub
Lakin Ermənistan sülhdən danışsa da, reallıqda sülh sazişini imzalamaqdan imtina edir. Rəsmi İrəvanın sülhə tərəfdar olması ilə bağlı açıqlamaları sadəcə olaraq, beynəlxalq birliyi aldatmaq məqsədi daşıyır. Görünən odur ki, İrəvan tərəflərin birbaşa danışıqlar aparmasının tərəfdarı deyil. Əksinə, indiyə kimi Ermənistan öz havadarlarının dəstəyi ilə ölıkəmizə qarşı beynəlxalq səviyyədə təzyiqlər göstərməyə çalışıb. Xarici işlər naziri Ceyhun Bayramovun bugünlərdə Azərbaycan Televiziyasında müsahibəsində bu məqamlardan danışarkən bildirib: “44 günlük Vətən müharibəsi dövründən - 2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı yeddi sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il üç belə cəhd olub”. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi. Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi: “Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.
İkili standartların dərsliyi
BMT TŞ ilə yanaşı digər platformalarda - Avropa Parlamenti, Avropa İttifaqı Parlament Assambleyasında da ölkəmizə qarşı qəbul olunan sənədlər ikili standartların göstəricisidir. Bütün bunlara baxmayaraq, dövlətimiz heç zaman prinsipial mövqeyindən dönməyib, əksinə beynəlxalq hüquqa əsaslanaraq qarşı tərəfi susdurub. Azərbaycanın XİN başçısı sözügedən müsahibəsi zamanı xarici nümayəndə heyətləri danışıqlar prosesində yaşanan maraqlı məqamlardan birini açıqlayıb. C.Bayramov bu danışıqların birində Prezident İlham Əliyevin Azərbaycana qarşı ikili standartlar sərgiləyən xarici diplomatı necə susdurmasından söz açıb: “Danışıq ingilis dilində idi. Amma cənab Prezidentin dediyini Azərbaycan dilinə tərcümə etsək, bu ifadə “Siz etdiyiniz ikili standartların dərsliyidir” idi. Mənə çox maraqlı idi ki, bu məqamda reaksiya, izahat necə olacaq. Qısa zamanda gördüm ki, sükut... Heç bir kontur-arqument gətirilmədi”.
Erməni təxribatlarının ifşası...
Nazir, həmçinin Ermənistanın təıxribatçı addımlarından, üzərinə götürdüyü öhdəlikləri pozmasında da bəhs edib. Buna nümunə olaraq bir xatırlatma edib: “2021-ci ilin fevral ayında Ermənistan Müdafiə Nazirliyinin qarşısında hərbi xidmətə çağırılan şəxslərin valideynləri etiraz aksiyası keçirirdi. Onlar övladlarının Qarabağa, Azərbaycan ərazisinə göndərilməsinə etiraz edirdilər. Orada olan ABŞ-li jurnalist valideynlərdən müsahibələr götürdü və müsahibələrdə onlar açıq şəkildə bildirirdilər ki, bizim övladlarımız gecə saatlarında tikinti materialları üçün nəzərdə tutulmuş yük avtomobillərində, mülki geyimdə Azərbaycan ərazisinə göndərilirlər və biz buna qarşıyıq”. “Bunu inkar etmək mümkünsüz idi. Kimsə bunu Azərbaycan təbliğatı adlandıra bilməzdi. Bu mövzunu 2021-ci il mart ayının birində Azərbaycan tərəfi rəsmi məktubla müraciət edərək sənəd şəklində, bütün bu istinadlar verilməklə BMT baş katibinin diqqətinə çatdırdı. Həm Təhlükəsizlik Şurasının üzvləri bu barədə tanış olsunlar, həm də dünya dövlətləri məlumatlı olsunlar ki, üçtərəfli Bəyanatın açıq şəkildə pozuntusu gedir”,-deyə C.Bayramov vurğulayıb.
Göründüyü kimi, Ermənistan sülhdən danışsa da, öz havadarlarının dəstəyi ilə regionda gərginliyi davam etdirməyə çalışır. Ancaq İrəvanın hansısa təxribat cəhdləri özü üçün mənfi nəticələr doğurur. Bu səbəbdən də, Ermənistan anlamalıdır ki, sülhün alternativi yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

