Dəqiq məqam, ideal məkan...
23.12.2023 [10:00]
Mübariz ABDULLAYEV
Xalqımız dekabrın 21-də tarixi hadisəyə şahidlik etdi. Həmin gün futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəldilər. Tarixi önəm daşıyan əsas məsələ isə bəhs olunan qarşılaşmanın Xankəndi stadionunda keçirilməsidir. İlk növbədə onu qeyd edək ki, “Qarabağ” - MOİK oyunu sıradan bir idman yarışması deyildi. Son 30 illik tariximizdə ilk dəfə idi ki, Azərbaycan idmançılarının iştirakı ilə Xankəndidə böyük təntənə yaşanırdı. Oyun üçün dəqiq məqam və ideal məkan seçilmişdi
Üç il və üç ay əvvəl
“Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Prezident İlham Əliyevin ifadə etdiyi bu fikirlər Onun çoxşaxəli fəaliyyətində qırmızı xətt kimi diqqət çəkir. Biz çox şahidi olmuşuq. Bəzən insanlar hansısa bir məsələnin həllində dözümsüzlük ortaya qoyurlar, dövlət başçısının tez qərar verməsini istəyirlər. Lakin İlham Əliyev strateji baxışlara malik siyasətçidir. O, həm də dövlət başçısı kimi üzərinə düşən məsuliyyəti yaxşı dərk edir. Buna görə də həmişə öz təbirincə - hər şeyi ölçüb-biçdikdən, bütün zəruri məqamları nəzərə aldıqdan sonra tələsmədən və gecikmədən qərarlarını verir, addımlarını atır. Bunun faydasını isə dövlətimiz və xalqımız görür və yüksək dəyərləndirir.
Təbii ki, “Qarabağ” - MOİK qarşılaşmasının uğurlu antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Xankəndinin stadionunda keçirlməsi təşəbbüsü bilavasitə Prezident İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı oyun başlamazdan öncə stadionda etdiyi çıxışında iki tarixi xüsusi qeyd edib. “İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Üç il əvvələ qayıdaq. Müxtəlif auditoriyalarda İlham Əliyevdən dərhal müharibəyə başlamaq çağırışları edilirdi. İlham Əliyev isə populist çağırışlara məhəl qoymadı. Ərazi bütövlüyümüzün təmin olunması prioritetini ölkənin gündəliyinin mərkəzində saxlamaqla, diplomatik səyləri artırmaqla paralel şəkildə güclü potensial əsasında müasir Ordu formalaşdırıldı. Beləliklə, torpaqları işğaldan azad etmək üçün zaman yetişmişdi - həm cəmiyyətin əhval-ruhiyyəsi buna köklənmişdi, həm də Silahlı Qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr vurmağa hazır və qadir vəziyyətə gəlmişdi. Eyni zamanda, diplomatik müstəvidə beynəlxalq rəy Azərbaycanın xeyrinə dəyişmişdi. Prezident
İlham Əliyevin bu kimi zəruri məqamları nəzərə almaqla 2020-ci il sentyabrın 27-də keçmiş təmas xətti boyunca düşmənin genişmiqyaslı təxribatlarının qarşısının alınması ilə bağlı Orduya göstəriş verməsi özünü doğrultdu. Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoymaqla ərazi bütövlüyümüzün təmin edilməsinə nail oldu. Bax budur Liderin strateji düşüncəsi, imkanları və zamanı dəqiq uzlaşdırmaq məharəti!
İndi isə üç ay bundan əvvəl baş verənləri xatırlayaq. Müharibə başa çatandan sonra Ermənistan təxminən 15 minlik hərbi kontingentii ərazilərimizdə saxlamaqda davam edirdi. Bu dəfə də İlham Əliyev bütün tələsik çağırışlara məhəl qoymayaraq ən uyğun məqamın gəlməsini gözlədi və sentyabrın 19-da separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli tədbirlərin həyata keçirilməsinə göstəriş verdi. Yenə də Qələbə sevinci yaşadıq.
Nə üçün Xankəndi?
Əlbəttə, “Qarabağ” - MOİK oyununu müxtəlif məkanlarda keçirmək mümkün idi. Necə ki, indiyədək belə edilirdi. Ancaq Prezident İlham Əliyevin təşəbbüsü əsasında bu qarşılaşma məhz Xankəndidə keçirildi. Dövlətimizin başçısı çıxışında bildirib ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var.
Xankəndi qədim Azərbaycan diyarıdır. Onun təməli Qarabağ xanı tərəfindən qoyulub. Sonrakı dövrdə Azərbaycan Respublikasının vəsaiti hesabına memarlarımız və inşaatçılarımız tərəfindən burada böyük şəhər yaradılıb. Xankəndinə ermənilər məkrli qüvvələr tərəfindən məqsədli şəkildə köçürülüblər. Ona verilən “Stepanakert” adı da tamam qondarma idi. Dövlət başçısının vurğuladığı kimi, əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Xankəndi separatizmin rəmzinə çevrilmişdi. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində şanlı Azərbaycan Ordusu qarşı tərəfə və bütün dünyaya sübut etdi ki, Xankəndi tarixi, əzəli Azərbaycan ərazisidir. Bundan sonra burada separatizmə heç vaxt yer olmayacaq, şəhərin üzərində Azərbaycan Bayrağı əbədiyyətə qədər dalğalanacaq!
Xəbər lenti
Hamısına baxAnalitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42

