Zəngəzur dəhlizi açılmasa...
08.12.2023 [10:30]
Ermənistan dalan dövlət olaraq qalacaq
Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan üçün deyil, bütün region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, bölgədə kommunikasiyaların açılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata daxil edilib. Həmin sənədin 9-cu bəndində bu məsələ öz əksini tapır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.
Amma Ermənistan bu layihənin reallaşmasına əngəllər törədir. Rəsmi İrəvanın qeyri-konstruktiv mövqe tutması səbəbindən üç il ötsə də, bu istiqamətdə heç bir addım atılmayıb. Yeri gəlmişkən, dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bu məsələyə də toxunub və bildirib ki, Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir: “Mən Ermənistanın baş naziri ilə dəfələrlə söhbət etmişəm və soruşmuşam ki, niyə onlar öz öhdəliklərini yerinə yetirmirlər. Çünki qeyd etdiyim kimi, doqquzuncu maddədə aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Söhbət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin bir hissəsi olan sərhədçilərindən gedir. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir. Əslində, hüquqi nöqteyi-nəzərindən, bunun artıq mahiyyəti çox deyil. Bu, onun öhdəliyidir”.
Dövlət başçısının dediyi kimi, sovet vaxtında Zəngəzurda mövcud olmuş 42 kilometrlik dəmir yolu nəinki tikinti üçün hazır deyil, onun heç texniki əsaslandırma işləri başa çatdırılmayıb. Bəlkə də, Ermənistan bu prosesə ümumiyyətlə başlamayıb. Bu, o deməkdir ki, onlara bu yol lazım deyil. “Yaxşı, onda biz gözlədik və ittiham olunduq ki, biz bunu güc hesabına edəcəyik. Mən artıq deməkdən yorulmuşam ki, bizim belə məramımız yoxdur. Sonra biz digər variantlara baxmalıyıq. Bizə Naxçıvanla, onun vasitəsilə Türkiyə ilə əlaqəmiz lazımdır. Beləliklə, keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəldik. Bəli, bu variantın xərcləri çox olacaq. Lakin biz artıq tikintiyə başladıq. Artıq hər iki ölkənin hökumət rəsmiləri avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak ediblər. Sonradan dəmir yolu körpüsü də salınacaq”,-deyə Prezident vurğulayıb.
İtirən isə yalnız Ermənistan olacaq. Çünki bu layihə nəinki Azərbaycan ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında yol olacaq, o cümlədən beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Proqnozlara görə ilk vaxtlarda il ərzində minimum 5-7 milyon ton yük bu yol vasitəsilə daşınacaq. Ona görə də, Ermənistan özünü bu dəhlizin faydalarından məhrum edir. Çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır. Bir sözlə, onlar yenidən dalandadırlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, erməni tərəfinin hazırda iki variant var: “Ya onlar öz hesabına, yaxud bəzi Avropa fondlarının puluna onların suveren ərazisi hesab edilən 42 kilometrlik zəruri dəmir yolunu çəkirlər. Bizim onların suverenliyi ilə bağlı hər hansı şərtlərimiz yoxdur, lakin Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Baş nazir Paşinyana artıq söylədiyim kimi, bu, Azərbaycandan Azərbaycana gediş olacaq və ona görə hər hansı gömrük rüsumları, yoxlamalar, sərhəd yoxlanışı olmalı deyil, çünki gediş əsas ərazidən Naxçıvana həyata keçirilir. Əgər bunlar Xəzər dənizinin şərq sahilindən Ermənistana və digər yerlərə gedirsə, siz onda, əlbəttə, bütün gömrük rüsumlarını digər ölkələr etdiyi kimi tətbiq edə bilərsiniz. Lakin Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu, bizim legitim hüququmuzdur”.
Ermənistanın ortaya atdığı “sülh kəsişməsi” adlı layihə isə sadəcə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Kommunikasiyaların açılmasının tərəfdarıdırsa Paşinyan hakimiyyəti rəsmi Bakının konstruktiv və optimal təkliflərini qəbul etməlidir. Belə konstruktiv təşəbbüsləri inkar edən Ermənistan yenə də özünü blokadada saxlamalı olacaq. İrəvanın Qərbə, konkret olaraq ABŞ-a şikayət etməsi isə heç nəyi dəyişməyəcək. Əgər rəsmi Vaşinqton Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycandan sonra Ermənistan vasitəsilə Türkiyəyə keçməsinin tərəfdarıdırsa, İrəvanı Zəngəzur dəhlizinin açılmasına məcbur etməlidir. Əks halda, Ermənistan dalan dövləti olaraq qalacaq!
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

