Yuxarı Lars niyə bağlanıb?
01.12.2023 [10:55]
Ermənistana siyasi məzmunlu iqtisadi “dərs”
Ermənistanı Rusiya ilə birləşdirən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Rusiya tərəfinin açıqlamasında bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Yolun nə vaxt açılacağı ilə bağlı isə heç bir məlumat verilmir.
Ermənistan üçün həyati əhəmiyyət daşıyan yol
Yuxarı Lars Ermənistanı Rusiya ilə bağlayan yeganə yoldur. Elə bu səbəbdən də ermənilərin özləri də Yuxarı Larsı ölkələri üçün “həyat yolu” adlandırırlar.
Rusiya Ermənistan malları üçün böyük bazardır. Verilən məlumatlara görə, 2022-ci ildə Ermənistanın 5,42 milyard ABŞ dollarlıq ixracında Rusiyanın payı 2,643 milyard dollar təşkil edib. Bu, ölkənin ümumi ixracının 45,5 %-i deməkdir. Cari ilin yanvar-sentyabr aylarında isə bəhs olunan göstərici artaraq 52 %-ə və yaxud 2,645 milyard ABŞ dollarına çatıb. İndiyədək yerli şirkətlər öz məhsullarını Yuxarı Lars vasitəsilə Rusiya bazarına çıxarıblar.
Rəqəmlərdən də göründüyü kimi, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Bu ölkənin şirkətləri Rusiya bazarına qismən sənaye, ənənəvi olaraq isə kənd təsərrüfatı məhsulları çıxarırlar. İndi onlar Yuxarı Larsın artıq günlərdir ki, bağlı qalması səbəbindən böyük çətinliklərlə, iflas təhlükəsi ilə üzləşiblər. Bir tərəfdən tonlarla kənd təsərrüfatı məhsullarının xarab olması, digər tərəfdən kredit faizlərinin şişməsi, gözləmələrə görə daşıma şirkətlərinə ödənilən cərimələr onları əslində çıxılmaz duruma salıb. “İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - deyə qızılgül yetişdirilən istixana rəhbəri bildirib.
Yolun bağlanması səbəbindən Ermənistandakı konyak istehsalçıları da ciddi narahatlıq yaşayırlar. Ölkədə 40-dan çox konyak istehsalçısı var və istehsal olunan içkinin 95 faizi Rusiya bazarına ixrac üçün nəzərdə tutulub. Bu rəqəmlərin fonunda Rusiyanın Yuxarı Larsdan keçidə məhdudiyyət tətbiq etməsi və bunu günlərlə uzatması Ermənistanda “konyak müharibəsi” kimi də səciyyələndirlir. Bütövlükdə, Yuxarı Lars son dəfə bağlanandan bəri əsasən konyak, balıq, gül və digər kənd təsərrüfatı məhsulları daşıyan təxminən 1700 yük maşını keçid məntəqəsində ilişərək qalıb.
Yuxarı Larsın bağlanmasının alt mətləbləri
Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya tərəfi Yuxarı Larsın bağlanmasını hava şəraitinin əlverişsiz olması ilə əlaqələdar atılan zəruri addım kimi əsaslandırıb. Digər “obyektiv” səbəblər də göstərilir. Məsələn, “Rosselxoznadzor” Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların tez-tez baş verməsindən narahatlığını bildirib. Agentliyin saytında qeyd edildiyi kimi, 2023-cü ildə “Rosselxoznadzor”un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb.
Bu kimi faktlara inansaq, deyə bilərik ki, Ermənistan üçün bəlaların hamısı birdən gəlib - həm hava şəraiti hərəkət üçün mümkünsüzlük yaradıb, həm də məlum olub ki, erməni fermerləri Rusiya istehlakçılarına normalara cavab verməyən mallar göndərmək, bununla da rusiyalı istehlakçıların hüquqlarını pozmaq istəyiblər. Ancaq yox, təbiətin şıltaqlıqları əvvəlki illərdə də baş verirdi, eləcə də erməni fermerləri bildirirlər ki, onlar məhsul istehsalında hansısa bir yenilik etməyiblər, məhsulların yetişdirlməsi və qablaşdırılması ənənəvi qaydalarla həyata keçirilib. Yenilik olan isə yalnız sərhəd-keçid məntəqəsində yoxlamaların qəfildən sərtləşdirilməsidir.
Hə, burada Yuxarı Larsın bağlanmasının alt mətləbləri üzə çıxır. Məlumdur ki, Nikol Paşinyan iqtidarı ölkənin bütün parametrlər baxımından asılı olduğu Rusiyaya qarşı sərhəd tanımayan dönüklük ortaya qoyaraq onu Qərblə əvəzləmək niyyətinə düşüb. Son vaxtlarda Ermənistandan Rusiyanın strateji maraqlarını iqnor edən açıqlamalar gəlir. Ölkədə bütün səviyyələrdə anti-Rusiya təbliğatı aparılır. Rusofobiya o həddə çatıb ki, Ermənistanda yayımlanan Rusiya telekanallarının bağlanması müzakirələr predmetinə çevrilib. Hətta ölkə ərazisinə rus dilində kitabların gətirilməsinin qarşısını da almağa çalışırlar. N.Paşinyan cidd-cəhdlə ölkəsində Avropa İttifaqının çoxmandatlı və uzunmüddətli missiyasının yerləşdirilməsinə nail oldu. Hazırda ölkədən Rusiyaya məxsus hərbi bazanın çıxarılması ehtimalları da dövriyyəyə buraxılıb. Bütün bunlar Ermənistanda strateji maraqları olan Rusiya üçün vazkeçilməz sayılan qırmızı xətlərdir. Özü də Ermənistan bütün bu addımlarını məlum səbəblərdən Rusiyanın çətinliklər yaşadığı bir dövrdə atır. Dönük, fürsətcil Ermənistan cəzalandırılmalı idi və hazırda şimal qonşumuz siyasi səbəblərdən qaynaqlanan narazılığını iqtisadi təzyiq rıçaqlarını işə salmaqla bildərək qarşı tərəfə qulaqburmalarını verir.
Bütövlükdə, Rusiyanın Ermənistanı cəzalandırmaq imkanları yalnız Yuxarı Larsı bağlamaqla məhdudlaşmır. Cızığından çıxan Ermənistan ən müxtəlif vasitələrlə cəzalandırıla bilər. Məsələn, bu ölkədən Moskvaya, Sankt-Peterburqa və digər Rusiya şəhərlərinə qanunsuz miqrasiya etmiş ermənilərin deportasiyası, həmçinin böyük rəqəmlərlə ölçülən pul köçürmələrini dayandırılması Ermənistan üçün daha böyük fəsadlar yaradardı. Hələlik Rusiya belə sərt tədbirlərə əl atmır və Ermənistan iqtidarının ağlını başına yığmasını gözləyir.
Ermənisayağı “çıxış” yolu
Bu arada Ermənistanın baş naziri aparatının rəhbəri Arayik Arutyunyan orijinal “çıxış” yolu göstərib. “İndi Ermənistandakı və diasporadakı ermənilərin sırf Ermənistan istehsalı olan malları almaları son dərəcə vacibdir”, - deyə Arayik Arutyunyan bildirib. Onun sözlərinə görə söhbət kənd təsərrüfatı məhsulları, içkilər, erməni şirkətləri tərəfindən göstərilən xidmətlərdən gedir. Qurum rəsmisi ərz edib ki, biznes və vergi ödəyicilərinin bu cür dəstəyi müstəqilliyi və suverenliyi gücləndirmək üçün həyati davranışdır. “Əgər erməni biznesi xaricdə yaşayan soydaşlarımızın bayram və qeyri-bayram süfrələrində yeni bazarlar tapsa, hansısa Larsın bağlanması bizə təsir etməyəcək. Yeni il və Milad süfrələrində yalnız erməni tərəvəzləri, meyvələri, şərabları, konyakları və digər kənd təsərrüfatı məhsulları olmalıdır”, - deyə Arayik Arutyunyan vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41

