Aİ missiyasının qeyri-müəyyən statusu...
22.11.2023 [11:00]
Saziş onun mülki yox, hərbi yönümlü missiya olduğunu ortaya qoyur
Nardar BAYRAMLI
İrəvanda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Aİ-nin monitorinq missiyasının statusuna dair saziş imzalanıb. Sənədi Aİ-nin Ermənistandakı nümayəndəsi, səfir Vasilis Maraqos və Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan imzalayıblar. Bu saziş Aİ-nin Ermənistandakı missiyasının hüquqi statusunu tənzimləyir. Bu barədə məlumatı Aİ-nin Ermənistandakı nümayəndəliyi yayıb. Nümayəndlik xatırladıb ki, missiya 2023-cü il fevralın 20-də iki illik mandatla fəaliyyətə başlayıb və Aİ ekspertləri və üzv ölkələrindən olan müşahidəçilər də daxil olmaqla 103 nəfərdən ibarət beynəlxalq heyətdən ibarətdir.
Ümumiyyətlə, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının tərkibinin daha da genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı noyabrın 13-də Brüsseldə keçirilən Aİ-nin Xarici Əlaqələr Şurasının iclasında razılığa gəlinib. İclasdan sonra Aİ rəsmisi Cozep Borel keçirdiyi mətbuat konfransında Ermənistandakı missiyanı gücləndirmək qərarına gəlindiyini bildirmişdi: “Sərhədin təhlükəli hissələrində daha çox müşahidəçi və daha çox patrul olacaq”.
Rəsmi İrəvan da bu faktı təsdiqləyib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib ki, Avropa İttifaqının monitorinq missiyasının üzvlərinin sayının artırılması ilə bağlı razılaşma var. Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) genişləndirilməsi uzun müddətdir müzakirə olunur: “Müşahidəçilərin sayının artırılması, onların potensialının gücləndirilməsi ilə bağlı qərar var ki, bu da monitorinqlə bağlı daha fəal iş aparmağa, Brüsselə və üzv dövlətlərə müvafiq hesabatlar təqdim etməyə imkan verəcək və sərhədlərimizdə sabitliyi daha da gücləndirəcək”.
Xatırladaq ki, belə bir planın olduğunu təxminən bir ay öncə missiyanın rəhbəri Markus Ritter erməni mediasına açıqlamasında demişdi. O bildirmişdi ki, missiyanın genişləndirmə məsələsi bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacaq. Ritter hazırda müşahidə missiyasına Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğunu vurğulayaraq, missiyanın Aİ-yə üzv olan 27 ölkənin hamısının nümayəndələrinin daxil olması ehtimalının olduğunu əlavə edib. Aİ-yə üzv olmayan üçüncü ölkənin Ermənistandakı missiyasına qoşulmasının mümkünlüyü məsələsinə toxunan Markus Ritter Kanadanın Aİ-nin müşahidə missiyasına qoşulma qərarını xatırladaraq digər ölkələrdən də analoji marağın olacağı halda bu məsələnin Brüsseldə müzakirə olunacağını deyib.
Göründüyü kimi, Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar doğurur. Bu, ilk növbədə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Bu dəstəyin ifadəsi olaraq “Bayraktar” PUA-sı üçün müəyyən detalların Türkiyəyə satılmasını qadağan etmişdi. Səbəb də Azərbaycanın öz ərazilərini azad etməsində bu PUA-lardan istifadə etməsi göstərilirdi. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi. Kanadanın XİN başçısı Colinin bu yaxınlarda Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə bəyanatları da ölkəsinin ermənipərəst mövqeyini bir daha təsdiqləmiş oldu.
Bundan əlavə, bu yaxınlarda Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasimi olub. Açılış mərasimində missiyanın rəhbəri Markus Ritter çıxış edərək bildirib ki, Aİ-nin Ermənistandakı missiyası bu ilin fevralında fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulayıb.
Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Ermənistan hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regionda tam yerləşdirilməsinə cəhd edir.
Çünki missiyanın statusuna dair sazişin imzalanması göstərir ki, əslində bu, mülki deyil, hərbi yönümlü missiyadır. Fransanın Ermənistanı silahlandırması da bunu təsdiqləyir. Çünki Aİ-nin missiyasının Ermənistana göndərilməsində Fransa birbaşa rol oynayıb. Missiyanın bu ölkəyə göndərilməsinin ardından, Parisin silahlandırma siyasəti gerçək məqsədləri ortaya qoymuş oldu. Digər tərəfdən, Fransa ilə Ermənistan arasında silah tədarükünə dair müqavilənin imzalanmasından sonra belə bir sazişin gündəmə gəlməsi də deyilənləri sübut edir. Bütün bunların fonunda Aİ-nin öz missiyasını Ermənistanda daha uzun müddətə artırmaq istəyini də görmək mümkündür. Proseslərin ardıcıllığı da buna dəlalət edir. Burada məqsəd Ermənistana hərbi dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27

